Ölkəmiz İngiltərədə keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Tarix: 14.09.2015 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Böyük Britaniyanın "Newcastle upon Tyne" şəhərində keçirilən "Youth on the Radio" adlı beynəlxalq layihədə Azərbaycanı təmsil edib.
ARGTMŞ-dan bildiriblər ki, "Erasmus+" proqramı çərçivəsində keçirilən beynəlxalq layihədə Azərbaycan ilə yanaşı, İngiltərə, Serbiya, Rumıniya, İtaliya, Ukrayna, Türkiyə, Albaniya, Gürcüstan və Kosovanı təmsil edən 30 fəal gənc iştirak edib.
Layihənin əsas məqsədi qeyri-formal tədris metodologiyasının tətbiqi ilə gənclərə ünsiyyət vasitələri və sosial şəbəkələr sahəsində yeni bilik və təcrübə qazandırmaqdır.
"Youth on the Radio" layihəsi çərçivəsində təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirilməsi məqsədilə iştirakçılara seminarlar, təlimlər keçirilib və işçi qruplar yaradılıb.
Gənclər təlimlərdə ünsiyyət yaratmaq üçün yeni və səmərəli kommunikasiya vasitələri haqqında məlumat əldə ediblər.
Sonra, iştirakçılar gənclərlə iş və əsas anlayışların müəyyən edilməsi mövzuları ətrafında müzakirələrə qoşulublar. Növbəti günlərdə, iştirakçılar Gənclər Radiosu haqqında məlumat əldə edib, bu sahədə təcrübə mübadiləsi aparıblar.
Layihə çərçivəsində "Erasmus+" proqramının təqdimatı baş tutub və gənclər proqram haqqında ətraflı məlumatlandırılıb.
Layihə müddətində nümayəndələrimiz tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ölkənin uğurlu gənclər siyasəti və bu istiqamətdə görülən işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra, ARGTMŞ-ın təqdimatı keçirilib.
Təqdimat zamanı təşkilat haqqında məlumat verilib və onun fəaliyyətindən bəhs olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb
10.12.2018
Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir
10.12.2018
“Xeyirxah” işarə dilində ilk forumun keçirilməsinə hazırlaşır
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklərkimlərin xeyrinə olacaq?
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
4 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
5 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info