“İş yerinə dair arayış” xidməti işəgötürənə müraciət etmədən arayış əldə etməyə imkan verir
Tarix: 14.09.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


ƏƏSMN-nin “İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin
sayı 2,2 dəfə artıb


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı cari ilin avqust ayında yanvar ayı ilə müqayisədə 2,2 dəfə artaraq 21966 nəfər təşkil edib.
Vətəndaşların “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı elektron xidmətlər sırasında olan “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət etmədən iş yeri haqqında ümumi təyinatlı, yaxud konkret bir quruma təqdim etmək üçün real vaxt rejimində e-arayış əldə edilməsinə imkan verir. Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Müvafiq hallarda arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə oluna bilər. Bununla yanaşı, arayışın təqdim edildiyi qurumlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə arayışda göstərilən məlumatların, həmçinin əmək haqqı barədə məlumatın düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
“İş yerinə dair arayış” e-xidməti ötən ilin dekabrında əhalinin istifadəsinə verilib və cari il sentyabrın 1-dək artıq 128 908 nəfər bu e-xidmətdən yararlanıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info