Azərbaycan Kikboksinq Federasiyasının hesabat yığıncağı keçirilib
Tarix: 14.09.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Kikboksinq Federasiyası hesabat iclası keçirib. Azərbaycan Müəllimlər İnstitutunun akt zalında keçirilən tədbirdə federasiyanın prezidenti, millət vəkili Adil Əliyev, federasiyanın vitse-prezidentləri Güloğlan Cabbarov,Ramiz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər. Tədbirdə həmçinin ölkəyə dünyada və Avropada müxtəlif titullar qazandıran tanınmış idmançılar da iştirak ediblər.
İclasın açılışı Adil Əliyevin çıxışı ilə başlayıb. Millət vəkili ilk öncə gələn qonaqları salamlayaraq AKF-nin uğurlarından və gələcək planlarından danışıb. Federasiyanın başlıca olaraq gənc nəslin nümayəndələrini idmana həvəsləndirmək kimi məqsədini hakim tutaraq bildirib ki, Kikboksinq Federasiyası qeyri-olimpiya oyunları sırasına daxil olmasına baxmayaraq artıq Azərbaycanın sevimli idman növünə çevrilib: “Gənclər və İdman Nazirliyinin ən perspektivli idman növləri sıralarına daxil olan federasiya gələcəkdə gənclərdə idmana marağı daha da artıracaq və ən əsası vətənə layiqli və vətənpərvər gənc nəsilin yetişdirilməsində yardımçı olacaq” . Millət vəkilinin çıxışından sonra federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov hesabatı oxumaq üçün tribuna qarşısına çıxıb.
Qurumun 4 il ərzində qazandığı uğurlardan danışan Güloğlan Cabbarov bildirib ki, bu illər ərzində Azərbaycanın bu idman növü üzrə yığması müxtəlif qitələrdə keçirilən beynəlxalq turnirlərdən qalib kimi ayrılıb. Asiya, Avropa və Afrikaya qarşı döyüşən kikboksçularımız vətənə qalibiyyətlər qazandırıb. O cümlədən bu yaxınlarda gənc kikboksçularımızın Avropa çempionatından qayıtdıqlarını bildirən vitse-prezident bu turnirdən 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazandıqlarını iştirakçıların nəzərinə çatdırıb.
Milli komandanın rəisi Sadıq Bağırov, böyüklər üzrə baş məşqçi Elşən Abdulrəhimov, gənclər və yeniyetmələr üzrə baş məşqçi Ehram Məcidov,əməkdar məşqçilər Hakim Hacıyev,Rəhim Əliyev, Tofiq Eyvazov çıxış ediblər.
Daha sonra kikboksinq federasiyasına növbəti 4 il ərzində prezidentlik vəzifələrini icra edəcək şəxsin kimin olması ilə bağlı müzakirələr aparılıb. Sonda səsvermə keçirilərək yekdilliklə Adil Əliyev yenidən prezident seçilib. Tədbirdə həmçinin yeni vitse-prezident təyin olunub. Belə ki, kikboksinq federasiyasının vitse-prezidenti Əhəd Əbiyev tutduğu vəzifədən kənarlaşdırılaraq, onu yerinə Rövşən Bayramov təyin olunub. Federasiyanın idarə heyətindəki dəyişiklik bunlarla başa çatmayıb. Keçmiş katib vəzifəsini icra edən Rüstəm Rüstəmov işdən azad edilib. Onun yerinə isə Oruc Məmmədli təyin olunub. Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov isə idarə heyətinin üzvü seçilib.
Tədbirin sonlarına yaxın çıxışında millət vəkili Adil Əliyev bəzi tanınmış idmançılarin fəxri adlar alması məsələsinə laqeyd yanaşmalarını tənqid edib. O bildirib ki, federasiya tərəfindən fəxri adlara layiq görülən idmançılarımız bu məsələ ilə bağlı bizə müraciət etmirlər və yaxud da müraciət etməkdə gecikirlər.
Hesabat iclasına federasiya prezidentinin kollektivlə birgə xatirə şəkli çəkdirməsi ilə yekun vurulub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info