Uruqvay Azərbaycan vasitəsilə regionda ticarət əlaqələrini inkişaf etdirmək niyyətindədir
Tarix: 14.09.2015 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Uruqvaya region ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirməkdə kömək edə bilər. Bunu Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kansela Bakıda keçirilən Azərbaycan-Uruqvay işgüzar görüşü çərçivəsində deyib.
Nazir müavini bildirib: "Hesab edirəm ki, ölkələrimiz yaxın gələcəkdə regionlarımızın mərkəzlərinə çevrilə bilər. Ümid edirəm ki, biz həm Azərbaycanla iqtisadi və ticarət əlaqələrini genişləndirəcəyik, həm də Azərbaycanın köməkliyi ilə regionun digər ölkələrilə ticarət əlaqələrinin inkişaf etdirə biləcəyik".
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov isə qeyd edib ki, iki ölkə arasında yaxşı inkişaf etmiş siyasi əlaqələr mövcuddur, lakin onların inkişafını davam etdirmək və ticari-iqtisadi sahəyə yaymaq lazımdır.
Görüşün sonunda biznesin və investisiya mühitinin təqdimatı olub. Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 5 767,66 min dollar təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info