Magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
Tarix: 06.02.2013 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Azərbaycanda bəzi qurumların müraciəti əsasında magistraturaya qəbul olmuş bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə yenidən baxılacağı gözlənilir. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, ancaq bu məsələ ilə bağlı hansı qərarın veriləcəyini onlar deyə bilməzlər:
«Təbii ki, bu məsələ bizim səlahiyyətimizdə deyil. Biz hər il növbəti çağırışa qədər, yəni iyulun 1-ə qədər magistraturaya qəbul imtahanların yekunlaşdırırıq ki, bu ilin məzunları imtahanda iştirak edib magistraturaya qəbul olunduqdan sonra hərbi xidmətə getsinlər».
O bildirib ki, bu məsələ ilə bağlı TQDK tərəfindən müvafiq orqanlara hər hansı təklif verilməyib. N.Əliyevin sözlərinə görə, elmi yaradıcılıqlarını davam etdirmək istəyən bakalavrlar magistraturada təhsil almağı üstün tuturlar. O, magistraturada daha cox qızların təhsil almasını da oğlanların hərbi xidmətə çağırılması ilə əlaqələndirib:
«Görünür ki, oğlanların ali təhsil almalarında hərbi xidmətlə əlaqədar fasilənin yaranması onların yenidən elm sahəsinə qayıtmasına çətinlik yaradır. Oğlanların arada bir il hərbi xidmətdə olması onların magistraturada təhsllərini davam etdirməsinə müəyyən qədər mənfi təsir göstərir».





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info