Sığorta-pensiya sistemimizdə uğurlu təcrübə beynəlxalq konfransda təqdim edilib
Tarix: 14.09.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Qazaxıstan Respublikasının Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Dövlət Sosial Təminat Fondu ilə birgə təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Astana şəhərində "Sosial sığortada informasiya kommunikasiya texnologiyaları" üzrə 14-cü Beynəlxalq Konfrans keçirilib. Konfransda 50 ölkədən 75 təşkilatı təmsil edən 300-ə yaxın rəhbər işçi, informasiya texnologiyaları üzrə menecer və ekspertlər, eləcə də BSTA rəhbərliyi və katibliyi geniş tərkibdə iştirak edib.
Tədbirin ilk günündə Dövlət Sosial Müdafiə Fondunun İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev "İKT-nin tətbiqi ilə sığorta-pensiya sisteminin effektiv idarə edilməsi: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda təqdimat edib. Təqdimat iştirakçılar arasında böyük maraq yaradıb və qaldırılan suallar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, konfransın gedişi zamanı bir sıra ölkələrin sığorta-pensiya qurumlarının nümayəndələri ilə ikitərəfli müzakirələr aparılıb.
Üç gün davam edən konfransda sosial müdafiə sahəsində informasiya kommunikasiya texnologiyaları həllərinin hədəfləri və prinsipləri, eləcə də siyasi və strateji perspektivləri, İKT sənayesinin inkişaf istiqamətləri, irimiqyaslı proqram-texniki sistemlərin tətbiqi üzrə cari təcrübələr və təkrar tətbiq oluna bilən standart yanaşmaların reallaşdırılması üçün baza texnologiyalara dair təqdimatlar edilib və geniş müzakirələr aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
15.02.2019
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15.02.2019
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15.02.2019
Sahil Babayev Neftçalada 5 rayonun sakinləri ilə görüşüb
15.02.2019
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info