“Diqqət Uşaqlar” təhlükəsizlik aylığına start verildi
Tarix: 14.09.2015 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) tərəfindən “Diqqət Uşaqlar” təhlükəsizlik aylığına start verilib.
İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, hər il dərs ili başladığı üçün küçə və yollarda təhlükəsizlik davranış qaydalarının aşılanması məqsədi ilə məktəblilərlə görüşlər təşkil edilir.
“Bunun üçün biz sentyabrın 10-da “Diqqət Uşaqlar” təhlükəsizlik aylığına start vermişik və bu kampaniya oktyabrın 10-dək davam edəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər 46 saylı məktəbdənkənar tədris mərkəzi ilə birlikdə müəllimlər, valideynlər və şagirdlərlə görüşlər keçirilir, yol hərəkətli ilə bağlı təbliğat işləri aparılır”, - deyə o vurğulayıb.
V. Əsədovun sözlərinə görə, “Diqqət Uşaqlar” təhlükəsizlik aylığı ərzində azyaşlılara “Yol hərəkəti haqqında” qanun öyrədiləcək, onlar bu sahədə öz biliklərini nümayiş etdirəcəklər: “Bu cür tədbirlərin keçirilməsi yol hərəkətində təhlükəsizliyin təmin olunmasına təsir edir. Məqsədli keçirilən tədbirlərin nəticəsi olaraq ilin əvvəlindən bu günə kimi ölkə ərazisində baş vermiş yol qəzalarının sayı azalıb. Məsələn Bakı şəhərində ümumi qeydə alınan yol-nəqliyyat hadisələrində 60 hadisə, 53 ölüm faktı aşağı düşüb. Bu, yol polisi olaraq, bizi ruhlandırır. Bir daha hər kəsi nizam-intizamlı olmağa dəvət edirik. Mövcud vəziyyət deməyə əsas verir ki, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəlməsi ən azı hadisələrin sayının aşağı düşməsinə şərait yaradır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info