“Spiegel-online”: “Miqrantlar Avropa İttifaqını çıxılmaz vəziyyətə salıb”
Tarix: 14.09.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Kütləvi miqrant axını Avropa İttifaqını (Aİ) çıxılmaz vəziyyətə salıb. “Spiegel-online” saytı xəbər verir ki, Aİ-də nəzarətsiz sərhəd təməl prinsipləri aradan qaldırılmağa başlayıb. Qaçqın böhranı qarşısında aciz qalan rəsmi Berlin artıq Avstriya ilə sərhəddə ciddi yoxlanış-nəzarəti tətbiq edib. Federal sərhəd xidməti tərəfindən Almaniyaya avtomobil və qatarla gələn bütün şəxslərin pasportları nəzərdən keçirilir. Şübhəli avtomobillərdə sənədlər və yüklər daha ciddi surətdə yoxlanılır. Sərhəd mühafizəsi dəstələrinə yardım məqsədi ilə əlavə polis əməkdaşları da cəlb edilib.
Federal hökumətdən bildirilib ki, yeni qaydalar Şengen razılaşmasına xələl gətirməyəcək. Bununla belə, “Deutsche Bahn”-nın tələbi ilə ötən istirahət günü Avstriya və Almaniya arasında qatarlar işləməyib. Yalnız bu gündən etibarən iki dövlət arasında dəmir yolu əlaqəsi bərpa edilib.
Almaniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəzarət-yoxlanış məntəqələrinə əlavə şlaqbaumlar gətirilib. Ciddi nəzarət Polşa və Çexiya ilə sərhədlərdə də tətbiq edilir.
Məlum olub ki, təkcə şənbə və bazar günləri Avstriya-Almaniya sərhədindən keçən miqrantların sayı on beş mini ötüb. Kütləvi axın ucbatından qeydiyyat işi qəlizləşib. Düşərgələrdə sıxlığın yaranması köçkünlərin yerləşdirilməsində də problemlərə yol açıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info