Naxçıvanda müasir informasiya texnologiyalarının tətbiqi genişləndirilir
Tarix: 14.09.2015 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və abonentlərə keyfiyyətli rabitə xidmətinin göstərilməsi daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq ötən ay ərzində təmir-tikinti işləri ilə əlaqədar yaşayış məntəqələrində 12 min 479 metr məsafədə yeraltı fiber-optik kabel xətti çəkilib, 234 yeni nömrə istismara verilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, internet resurslarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilib, Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində kompüter kursları üzrə 3 ümumi və 17 fərdi qrup yaradılıb. Bundan əlavə, genişzolaqlı internetə artan tələbat nəzərə alınaraq, Babək rayonunun Şəkərabad və Ordubad rayonunun Unus kəndlərinin hər birində 48 portluq əlavə, Babək rayonunun Nəhəcir, Ordubad rayonunun Üstüpü və Çənnəb kəndlərinin hər birində 48 abunəlik yeni DSLAM avadanlıqları quraşdırılib.
“Naxtel” simsiz rabitə operatorunun abunəçiləri yaxın gələcəkdə texnologiyanın ən son yeniliklərindən olan 4G mobil rabitəsindən istifadə edə biləcəklər. Bu məqsədlə muxtar respublika ərazisində 4G şəbəkəsi yaradılır. Ötən ay bu istiqamətdə işlər uğurla davam etdirilib, 20 məntəqədə baza stansiyaları qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində işlər növbəti aylarda da davam etdiriləcək, qış aylarında rabitə xidmətinin fasiləsiz və nümunəvi təşkili təmin olunacaq.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info