“Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlardan çıxış edir”
Tarix: 14.09.2015 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


“Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda “seçkilər” keçirildi və gözlənildiyi kimi, dünyanın heç bir dövləti tərəfindən tanınmadı. Eyni zamanda çoxları, xüsusən Avropa İttifaqı Dağlıq Qarabağ məsələsinə münasibətdə ikili standartlardan çıxış edir ki, bu da münaqişənin nizamlanması yolunda əlavə maneələr yaradır”.
“Vestikavkaza.ru” saytının verdiyi xəbərə görə, bu sözləri Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Mattias Dornfeldt bildirib. O bildirib ki, 21 ildən çoxdur beynəlxalq hüquqa zidd olaraq erməni hərbi işğalı altında olan Dağlıq Qarabağda ötən bazar keçirilən qeyri-qanuni bələdiyyə seçkiləri region əhalisinin iradəsini əks etdirmir: “1994-cü ildə atəşkəs haqqında saziş imzalananadək ərazinin azərbaycanlı əhalisi qəddarcasına öz torpaqlarından qovulub. Hazırkı Ermənistan prezidenti Serj Sarkisyan başda olmaqla, erməni hərbi qüvvələrinin qaçaraq canlarını qurtarmaq istəyən insanlara - qadın və uşaqlara qarşı həyata keçirdikləri Xocalı soyqırımı faciənin pik nöqtəsi oldu”.

M. Dornfeldt bəyan edib ki, erməni diasporu tərəfindən maliyyələşdirilən müşahidəçilər seçkilərlə legitimlik vermək məqsədilə monitorinq keçirsəydilər belə, seçkilərin heç bir beynəlxalq əsası olmayacaqdı. Almaniyanın nə Xankəndində olan rejimi, nə də keçirilən seçkiləri tanımadığını vurğulayan ekspertAvropa İttifaqının xalqların öz müqəddəratını təyin etmə prinsipini əsas gətirərəkDağlıq Qarabağ münaqişəsində ikili siyasət apardığını qeyd edib: “Brüssel Azərbaycanın ərazi bütövlüyünü keçmişdə həvəssiz dəstəkləyib. İndi isə belə sual yaranır: Avropalı bürokratlar nə zamana kimi Ukraynada həll edilməmiş münaqişə qaldığı müddətdə bu siyasəti davam etdirəcəklər? Azərbaycan və Ukrayna ərazilərindəki separatçılara münasibətdə ikili standartlara son qoyulmayacağı halda, nəinki çox iddialı proqram olan “Şərq tərəfdaşlığı” absurda çevriləcək, həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik zəifləyəcək”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info