Sərnişin sıxlğı ilə bağlı qatarlara əlavə vaqonlar qoşulur
Tarix: 14.09.2015 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Yeni dərs ilinin başlaması ilə əlaqədar sərnişin qatarlarına əlavə 3 vaqon qoşulub. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Onun sözlərinə görə, qurum hələlik gücləndirilmiş iş rejiminə keçməsə də, bu istiqamətdə işlər mütəmadi aparılır.
Rayonlardan Bakıya son günlər sərnişin axınının artdığını deyən N.Əzməmmədov qeyd edib ki, sabah da bir sıra istiqamətlərdə qatarlara əlavə vaqonlar qoşulacaq: “Bu iş mütəmadi aparılır. Biz hansı istiqamətdə sərnişin sıxlığı qeydə alırıqsa, o istiqamətdə vaqonlar artırılır. Ehtiyac olsa, yəqin ki, sabah da əlavə 5 və ya 6 vaqon artıracağıq”.
Qrafiklərdə dəyişikliyin olmayacağını vurğulayan qurum rəsmisi ölkədaxili və beynəlxalq gediş haqlarının qiymətinə də toxunub. N.Əzməmmədov deyib ki, qiymətlərdə hər hansı bir artım olmayacaq: “Köhnə qiymətlərdir. Heç bir dəyişiklik olmayacaq. Nə azalma, nə də artım düşünülməyib. Burada söhbət həm daxili, həm də beynəlxalq sərnişindaşımadan gedir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
25.09.2018
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilib
25.09.2018
“Azərbaycan beynəlxalq logistika mərkəzinə çevrilir”
25.09.2018
Mələk Çakmak: “Azərbaycan FAO-dan kömək alan deyil, tərəfdaş ölkə kimi dəyərləndirilir”
25.09.2018
“Qırmızı Körpü” məntəqəsinin Gürcüstan tərəfində laboratoriya istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info