Marina Durunda Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib
Tarix: 14.09.2015 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Çempionatında Azərbaycan yığmasının üzvü Marina Durundanın uğurlu çıxışı ona Rio Olimpiadasına vəsiqə qazandırıb.
Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, idmançımız Zeynep Celep və belə mötəbər turnirə ilk dəfə qatılan Ayşən Bayramova ilə birgə komanda yarışında dörd çıxış yerinə yetirib. Onların da komanda liderindən geri qalmamaları Azərbaycan yığmasının ilk beşlikdə qərarlaşması ilə nəticələnib. Təsnifat mərhələsinin nəticələrinə əsasən, M.Durunda dörd hərəkətin hər biri üzrə finala vəsiqə qazanıb. O, halqa, gürzlər və lentlə hərəkətlərlə yarışların finalında altıncı, topla hərəkətlərdə isə yeddinci olub. Gimnastımız dörd çıxışın nəticələrinə əsasən, çoxnövçülük üzrə yarışın finalında altıncı yerdə qərarlaşaraq 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bu, beynəlxalq arenada böyük gimnastika proqramı üzrə çıxış etməyə iki il əvvəl başlamış M.Durundanın ilk Olimpiya lisenziyasıdır. “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci il Avropa çempionatının bürünc mükafatçısı olan gənc gimnast ilin əsas yarışında - dünya çempionatında da layiqli mübarizə aparıb. Onun həm təsnifat, həm də final mərhələlərindəki çıxışları özünəinam, zəriflik, hərəkətlərin qüsursuzluğu və sabitliyi ilə diqqəti cəlb edib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info