Velosipedçilərimizdən uğurlu nəticə
Tarix: 14.09.2015 | Saat: 23:11:00 | E-mail | Çapa göndər


Yola saldığımız həftə Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticələrlə yadda qalıb. Təmsilçilərimiz Çex Respublikası və İtaliyada təşkil olunan yarışlarda uğurlu nəticələrlə yadda qalıblar.
Çexiyada təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 3 mərhələdən ibarət "East Bohemia Tour" veloyürüşündə "Synergy Baku" komandasının 6 üzvü - Elçin Əsədov, Maksim Averin, Matey Müqerli, Yannis Tamuridis, Markus Eybeger və iyulda Çində aldığı ağır zədəsini sağaldan Aleksandr Surutkoviç iştirak edib. 158 km-lik ilk mərhələdə Maksim Averin 6-cı, Yannis Tamuridis isə 8-ci nəticə göstərib. 178 km-dən ibarət sonuncu mərhələdə isə nəticəmiz daha yüksək olub. Belə ki, məsafəni mərhələ qalibindən 6 saniyə sonra başa vuran Matey Müqerli finiş xəttini 2-ci keçib - 4 saat, 13 dəqiqə, 51 saniyə. Markus Eybeger 6-cı, Maksim Averin isə 10-cu olub.
Sentyabrın 10-12-də İtaliyada təşkil edilən 2.2 kateqoriyalı "Giro della Regione Friuli Venezia Giulia" veloyürüşündə isə yığma komandalarımızın 4 üzvü - Samir Cəbrayılov, Tural İsgəndərov, Elgün Əlizadə və İsmayıl İlyasov mübarizə aparıb. Yarışın sonuncu, 3-cü mərhələsində 168 km məsafəni 3 saat, 56 dəqiqə, 10 saniyəyə qət edən Samir Cəbrayılov bununla da fəxri kürsünün 3-cü pilləsinə qalxıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info