“Demokratiya simvolu“ndan “Təhlükə mənbəyi“nə çevrilən Avropa
Tarix: 14.09.2015 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Azәrbaycan müstəqillik qazandığı ilk illərdən etibarən Avropa və Avroatlantik məkana inteqrasiyanı özünün milli tәhlükәsizlik siyasәtinin әsas istiqamәtlәrindən biri kimi təsdiq edib. Yəni respublikamız Qərbə təkcə müasirlik meyarı, mədəniyyət beşiyi kimi deyil, həm də təhlükəsizliyinin, suverenliyinin təmin edilməsinə yardım göstərən bir faktor kimi yanaşıb. 2007-ci ildə təsdiq edilmiş Milli Təhlükəsizlik Konsepsiyasının 4-cü fəslində açıq mətnlə yazılıb ki,"Azərbaycan Avropa vә Avroatlantik strukturlara inteqrasiyaya ümumi tәhlükәsizliyә, iqtisadi inkişafa vә demokratiyaya dәstәk verәcәk vasitә kimi baxır".
Konsepsiyada əks olunan istiqamətlərin reallaşması üçün Azərbaycan öz üzərinə düşən bütün addımları atıb. Ciddi risklərə rəğmən, bir tərəfdaş kimi, Avropanın ön sırada dayanan probleminin - enerji təhlükəsizliyinin təmin edilməsi üçün özünün bütün resurslarını bu məkana yönəldib.Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo ölkəmizin bu fəadakarlığını və əhəmiyyətini qiymətləndirərək, Azərbaycanı Avropanın enerji asılılığını aradan qaldıran "ən qiymətli tərəfdaş" adlandırıb. Töhfələr bununla bitməyib. Avropa və Avroatlantik məkanın inkişafına yönəlik istənilən proqramın realaşması üçün Azərbaycan öz qapılarını açıb. Amma səylərinin qarşılığı olaraq ciddi nəticə əldə etməyib. Ölkəmiz üçün yaşam məsələsinə çevrilən Qarabağ probleminin, "yerləşdiyimiz regiona potensial yem mənbəyi kimi yanaşan dövlətlərdən gələn təhdidlərin" aradan qaldırılması üçün Qərb heç bir ciddi addım atmayıb. Onun addımları 20 il müddətində səmərəsiz danışıqlar aparan Minsk Qrupunun formalaşmasına dəstək verməkdən uzağa getməyib.
İndi vəziyyət dəyişib və daha da pisləşib. Avropa Azərbaycanın təhlükəsizlik sisteminə zəmanət yox, ziyan verən faktora çevrilib. Avropa strukturlarına inteqrasiya olunduqca aydınlaşır ki, demokratiya, insan haqları, müasirlik anlayışları bu qitənin adından çıxış edən ambisiyalı dövlətlər üçün manipulyasiya vasitəsindən başqa bir şey deyil.
Avropa Azərbaycanın qayğılarının həll edilməsində passiv mövqe tutan səmərəsiz müttəfiq deyil, həm də əlavə problemlərin formlaşmasına səbəb olan bir faktora çevrilir. Avropa İttifaqı Parlamentinin 10 sentyabr 2015-ci il tarixli Plenar sessiyasında qəbul olunmuş "Avropa Parlamentinin Azərbaycana dair Qətnamə"sində Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağırış var. Bu çağırış ciddi faktlarla əsaslandırılmayıb, qondarma iddialara söykənib. Məsələn, Qətnamənin qəbul edilməsinin səbəblərindən biri kimi 2014-cü ildə Bakıda ATƏT-in Proqram Koordinatorluğunun fəaliyyətinin dayandırılması göstərilir. Hansı ki, qonşu Gürcüstanda bu hal 2008-ci ildə baş verib. Amma ona qarşı hər hansı bir qətnamə qəbul edilməyib. Həmçinin, Aİ üzvü olan 27 dövlətin heç birində, o cümlədən Aİ üzvülüynə namizəd olan dövlətdə ATƏT-in ofisi, missiyası, proqram koordinatorluğu, müşahidə-nəzarət qrupu və s. strukturu yoxdur; buna reaksiya verən də yoxdur.
Qətnamənin əsaslandırmaq üçün göstərilən digər bir hal Azərbaycanda "insan haqları problemləridir". Hansı ki, hazırda dünya siyasi gündəminin bir nömrəli müzakirəsi Avropada mövcud olan ksenofobiya, miqrant problemi, dini dözümsüzlük kimi məsələlərdir.
Bir sözlə, qətnamədə yer tutan istənilən arqumentin qondarma xarakterli olduğunu, ciddi bir əsasa söykənmədiyini isbatlamaq asandır. Bu baxımdan siyasilər qətnamənin doğuracağı nəticələri, münasibətlərin hansı həddə enəcəyini deyil, sənədin qəbul edilməsinə yol açan prinsipləri müzakirə edirlər. Ümumiləşmiş fikir budur ki, qətnamə islamofob, ermənipərəst dairələrin təsiri ilə qəbul edilib. Bu baxımdan "Avropa Parlamenti reallıq hissini itirmiş, Qərbin müxtəlif dairələrinin əlində oyuncağa çevrilmiş bir təsisat" kimi xarakterizə edilir.
Amma digər bir amili də nəzərdən qaçırmaq olmaz. Avropanın son davranışlarından, verdiyi qərarlardan, çıxardığı rəylərdən ziyan çəkən təkcə müsəlman ölkəsi olaraq Azərbaycan deyil ki. Ukrayna, Gürcüstan kimi dövlətlərin düşdüyü durum daha ağırdır. Maraqlıdır ki, yaşadığımız günlərdə dünyanın ən qaynar, ciddi münaqişələr, problemlər məngənəsinə düşən nöqtələri, məhz, "Avropa Qonşuluq Syasəti" və "Şərq Tərəfdaşlığı Proqramı"na daxil olan ölkələrdir. Təhlillər göstərir ki, bu ölkələrin müharibə alovuna bürünmələri təsadüfi deyil, "Avropa Qonşuluq Syasəti" çərçivəsində aparılan yanlış, qərəzli siyasətdir.
Müşfiq Ələsgərli
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info