“Azərbaycana münasibətiniz ölkəmizin qitəyə töhfəsinə adekvat deyil”
Tarix: 14.09.2015 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov İtaliyada Avropa Birliyinə səsləndi

İtaliyanın Milan şəhərində 4-cü Enerji Forumu öz işinə başlayıb. Forumun ilk günündə çıxış edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Avropanın enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən Azərbaycana qitənin siyasi dəstəyinin zəif olduğunu bildirib. Azərbaycanlı alim deyib: “Təəssüf ki, Avropanın enerji təhlükəsziliyində starateji mövqeyə malik olan ölkəmizə dəstəyin zəif olduğunu müşahidə edirik. Avropa Birliyi Dağlıq Qarabağ və digər regional məsələlərdə ölkəmizə dəstək olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəni Avropa üçün yeganə yeni alternativ enerji mənbəyi kimi xarakterizə edib. Məhz bu dəyərləndirmə Azərbaycanın ciddi strateji mövqeyini və rolunu aydın şəkildə göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas mənbələrdən biri kimi çıxış etməsinə baxmayaraq köhnə qitənin ölkəmizə münasibəti töhvəmizə adekvat deyil”.

Vüqar Bayramov bildirib ki, Azərbaycan üçün bazarların diversifikasiyası olduqca vacibdir: “Ölkəmizdə Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı siyasi iradə mövcuddur. Bu layihə dünyanın ən böyük investisiya qərarıdır. Sözügedən dəhliz Azərbaycan və region mavi qazının Avropa bazarına çıxarılmasını təmin edəcək. Azərbaycan təşəbbüsü ilə reallaşan bu layihə nəinki region, ümumilikdə bütöv qitə üçün əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan öz mavi qazını gələcəkdə digər bazarlara da çıxara bilər. Çünki ölkəmiz bir bazardan asılı olmaq istəmir”.
İqtisadçı alimin sözlərinə görə, region mavi qazının Avropa bazarında çıxarılmasında kəmərlərin diversifikasiyası da vacibdir. Amma təəssüf ki, regiondakı münaqişələr tranzit diversifikasiyasına imkan yaratmır. Digər şaxələnmə mənbələrin diversifikasiyasıdır. Avropa Birliyi üçün bu çox vacibdir. Öz mavi qazının 40 faizindən çoxunu bir şirkətdən alan Avropa yeni alternativ mənbələr hesabına idxalın diversifikasiyasına nail olmağa çalışır. Strateji baxımdan Azərbaycan bu diversifikasiya da ciddi rol oynamaqdadır.
Azərbaycanlı alim bildirib ki, bu gün kəmərlərin təhlükəsizliyi də olduqca mühüm əhəmiyyət daşıyır. Təəssüf ki, Gürcüstandan sonra Türkiyədə də kəmərlərin təhlükəsizlik problemi genişlənməkdədir.
Vüqar Bayramov eyni zamanda İran ilə Qərb arasındakı “istiləşmənin” regionun enerji xəritəsinə təsirləri barədə öz fikirlərini bildirib. Azərbaycan alim İranın TANAP və TAP layihələrinə strateji qoşulmaq istəyini sözügedən kəmərləinin iqtisadi rentabelliyinə müsbət təsir göstərəcəyini deyib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib
26.09.2018
“Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını tam aradan qaldırıb”
26.09.2018
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
26.09.2018
Azərbaycan neftinin bir barreli 83,56 dollara satılır
26.09.2018
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info