«ABŞ «İŞİD»-in bütün mövqelərini bilir, lakin həmin əraziləri bombalamır»
Tarix: 15.09.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


«Bizim amerikalı tərəfdaşlarımız terrora qarşı yaradılmış koalisiyanı qəsdən lazımi qaydada deyil, hiylə yolu ilə yaradıblar. Belə ki, bu koalisiya elan edildiyi kimi, obyektivlikdən çox uzaqdır» .Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Petropavlovsk-Kamçatkada olarkən səsləndirib. Onun sözlərinə görə, «ABŞ-da «İŞİD»-in hərbi mövqeləri barədə dəqiq məlumat olsa da, o, bu mövqelərə zərbə vurmaq barədə əmr vermir».
Lavrova görə, bir sıra ölkələrin də daxil olduğu bu koalisiya çox kortəbii şəkildə, heç bir dövlətin məqsədli şəkildə hansı prinsipləri həyata keçirəcəyi barədə məlumat verilmədən bir neçə gün ərzində yaradılıb.
Xarici işlər naziri yaradılmış koalisiyanın problemlərdən xali olmadığını nəzərə çatdırmaqla, bura daxil olan ölkələrin iş prosesini təhlil edərkən qəribə təəssüratla qarşılaşdığını bildirib: «Bəzən məntiqi bir sual doğur: "İŞİD" ilə mübarizə aparmaq üçün yaradılan koalisiya problemlərdən başqa bir şey deyil. Qeyd etməliyəm ki, koalisiyanın üzvü olan ölkələrin bizimlə yaxınlığı ilə seçilən bəziləri bildirirlər ki, onların «İŞİD»-in hərbi qüvvələrinin harada yerləşməsi barədə dəqiq məlumatı olsa da, koalisiya komandiri- təbii ki, ABŞ- həmin mövqelərə aviazərbə vurmağa bizə imkan vermir. Mən, baş verənləri qiymətləndirmək, hər hansı bir nəticəyə gəlmək fikrində deyiləm, lakin fakt budur ki, bizə belə siqnallar gəlir».
Qeyd edilməlidir ki, İraqda «İŞİD»-ə qarşı ABŞ və onun müttəfiqləri ötən ilin avqust ayının əvvəllərindən antiterror əməliyyatı , koalisiya şəklində hava əməliyyatlarına başlayıblar. Oxşar tədbirlər ondan bir qədər sonra, sentyabr ayında Suriyada başlanılıb. Bu müddət ərzində, ABŞ və onun tərəfdaşları 3,7 milyard dollara başa gələn 6,7 mindən artıq aviazərbələr həyata keçiriblər. Onların etirafına görə, gündəlik əməliyyat koalisiya dövlətlərinə 9,9 milyon dollara başa gəlir.
Pentaqonun verdiyi məlumata görə, koalisiya dövlətlərinin həyata keçirdikləri hərbi əməliyyatlar nəticəsində ekstremistlərin 10.6 mindən artıq obyektləri, 119 tankı, 510-dan artıq hərbi bazası, 3.2 min tikilisi, 2.5 mindən artıq döyüş mövqeləri, 196 neft infrastrukturları məhv edilib. Bütün bunların həyata keçirilməsində ABŞ və onun müttəfiqləri 53,2 mindən çox uçuş həyata keçiriblər.
Xatırlatmaq yerinə düşər ki, bir müddət bundan əvvəl, Suriyanın Rusiyadakı səfiri Riyad Həddad Rusiya xarici işlər nazirinin fikirləri ilə eyniyyət təşkil edən fikirlər səsləndirmişdi. Səfirin sözlərinə görə, koalisiya fəaliyyətə başlayarkən «İŞİD» Suriya və İraqın kiçik bir hissəsinə nəzarət edirdi. Ötən müddətdə isə terror qruplaşması yeni ərazilər ələ keçirib və bu, ABŞ-ın «İŞİD»-ə dəstək verməsinin ən böyük sübutudur. Koalisiya və onun «İŞİD»-ə qarşı apardığı müharibəni “yalan” adlandıran suriyalı səfir «İŞİD»-in Vaşinqtonun əlində alət olduğunu bəyan etmişdi. Dəməşqin «İŞİD» əleyhinə mübarizədə kaolisiya ölkələri ilə heç bir qarşılıqlı əlaqəsinin mövcud olmadığını dilə gətirən səfir ölkəsinin daha çox Rusiya və İranla effektiv əməkdaşlığının mövcudluğunu nəzərə çatdıraraq, bu əməkdaşlığın Suriyada terrorizmin məhv edilməsinə qədər davam edəcəyini bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info