Azərbaycan-Türkiyə universitetlərinin əlaqələri güclənir
Tarix: 15.09.2015 | Saat: 01:23:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universiteti 2015-ci ili “Azərbaycan ili” elan edib. Bu münasibətlə Kahramanmaraş Sütçü İmam Universitetinin Eğitim fakültəsinin dekanı Prof. Dr. Niyazı Can, Güzel sanatlar fakültəsinin dekanı Prof. Dr. Mehmet Özkarcı Azərbaycanda səfərdə olublar. Zəngin Azərbaycan Uğrunda İctimai Birliyi tərəfindən təşkil olunan səfərin məqsədi Azərbaycan universitetləri ilə dostluq və əməkdaşlığı gücləndirməkdir.
Qonaqlar səfər müddətində Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Pedaqoji Universiteti, Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Müəllimlər İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşavirliyi, Milli QHT Forumu və s. yerlərdə görüşlər keçiriblər. Bu görüşlərdə Zəngin Azərbaycan Uğrunda İctimai Birliyinin sədri İradə Əliyeva, sədr müavini Samir Orucov, təmsilçi Ləman Süleymanlı və Kahramanmaraş-Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Tural Şahbazlı da iştirak ediblər.
Kahramanmaraş Sütçü İmam Universitetinin müəllim heyəti görüşlər zamanı iki ölkə arasında təhsil və incəsənət sahəsində görüləcək işləri müzakirə edib, protokollar imzalayıblar. Eyni zamanda Kahramanmaraş Sütçü İmam Universiteti və Azərbaycan Müəllimlər İnstitutu arasında Mövlanə Mübadilə proqramı çərçivəsində əməkdaşlıq müqaviləsi imzalamaq niyyətləri müzakirə olunub.
Səfər müddətində qonaqlar həmçinin Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanı, Fəxri xiyaban, Xalça muzeyi, İçərişəhər, Bayraq meydanı, Şirvanşahlar sarayı və s. yerləri ziyarət ediblər.

“Universitetlərarası müəllim və tələbə mübadiləsini
gerçəkləşdirəcəyik”

Səfərin son günü isə qonaqlarla Zəngin Azərbaycan Uğrunda İctimai Birliyinin ofisində Azərbaycanda məktəbəqədər təhsil proqramlarının Türkiyə təhsil sistemi ilə müqayisəsi müzakirə olunub.
Qonaqlar səfər təəssüratlarını eksklüziv olaraq “Palitra” qəzetinə bildiriblər. Kahramanmaraş Sütçü İmam Universitetinin Eğitim fakültəsinin dekanı Prof. Dr. Niyazı Can dedi ki, əsas məqsədləri iki qardaş ölkə arasında onsuz da var olan dostluq və qardaşlıq bağını daha da gücləndirməkdir: “Bunun bir neçə istiqaməti var ki, biri də universitetlərarası qarşılıqlı müəllim və tələbə mübadiləsini gerçəkləşdirməkdir. Biz Azərbaycana bunun ilkin razılaşmasını etməyə gəldik. Təbii ki, 6-7 gün ərzində bütün universitetləri gəzməyimiz mümkün deyildi. Zamanın əl verdiyi ölçüdə bir neçə universitet ziyarət etdik. Bir neçə razılaşmamız oldu. Bəzilərini isə Türkiyəyə döndükdən sonra qarşılıqlı yazışmalardan sonra gerçəkləşdirəcəyik”.
Niyazı Can Azərbaycanda universitetlərdə rektor və müəllimlərdən çox gözəl münasibət gördüklərini açıqladı: “Özümüzü Türkiyədəki kimi hiss etdik və burada heç Türkiyədən kənardaymış kimi fikrində olmadıq. Buradakı qardaşlarımızın Türkiyəyə məhəbbət və bağlılığını gördükdə gözlərimiz yaşardı. Ata yurdumuza gəlməyimizin ailələrimizlə birlikdə bəxtiyarlığını hiss etdik. Kahramanmaraş Sütçü İmam Universiteti ilə Azərbaycan universitetlərinin dostluğunu gücləndirəcəyimizin sözünü verirəm. Həsrətlə təkrar Türkiyəyə dönürük. Azərbaycandakı dostlarımızı isə unutmayacağıq”.
Niyazı Can Şəhidlər xiyabanını ziyarətin onları duyğulandırdığını vurğuladı: “Babalarımızı, atalarımızı unutmamağı bir daha xatırladıq. Türkiyə və Azərbaycan şəhidlərini unutmamaq boynumuzun borcudur. Övladlarımıza da bu Vətənin bizə bir əmanət olduğunu davamlı şəkildə anladacağıq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

“Azərbaycandan xoş təəssüratlarla
ayrılırıq”

Kahramanmaraş Sütçü İmam Universitetinin Güzel sanatlar fakültəsinin dekanı Prof. Dr. Mehmet Özkarcı təhsil və incəsənət sahəsində əməkdaşlıq qurmaq məqsədi ilə Azərbaycana gəldiklərini dedi: “May ayında Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr Durmuş Dəvəçi Azərbaycanı ziyarət etmişdi. Bu səfərin davamı olaraq bizlər də Azərbaycanda bir neçə əməkdaşlıq protokolları imzaladıq. Bu səfərimiz çox gözəl keçdi. Azərbaycandan xoş təəssüratlarla ayrılırıq. Buradakı universitetlərə bizim müəllim və tələbələrimiz səfərlər edəcəklər. Azərbaycan universitetlərində də müəllim və tələbələri Kahramanmaraş Sütçü İmam Universitetinə dəvət etdik. Onlar da gələcəklər və bizim bu əməkdaşlığımız davam edəcək”.
Azərbaycanı ata yurdu hesab edən Mehmet Özkarcı burada özlərini yad hiss etmədiklərini bildirdi: “Biz burada özümüzü tapdıq. Azərbaycanlı qardaşlarımızla tanış olmaq və söhbət etməkdən çox məmnun olduq. Əlbəttə ki, azərbaycanlı qardaşlarımızı da Türkiyədə gözləyirik. Mən birinci dəfə idi ki, Azərbaycanda olurdum. İnşallah, bundan sonra gəliş-gedişlərimiz çox olacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info