Naxçıvan FHN-ə yeni avtomobillər və səfərbərlik ehtiyatları verilib
Tarix: 15.09.2015 | Saat: 01:29:00 | E-mail | Çapa göndər


Muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni yanğınsöndürən avtomobillər və səfərbərlik ehtiyatları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayına gəliblər. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri məlumat verib ki, Almaniya istehsalı olan “İVECO MAGİRUS” markalı yanğınsöndürən və xilasedici-yanğınsöndürən avtomobillər yüksək texniki xüsusiyyətlərə malikdir. Altı nəfər heyətlə hərəkət edən yanğınsöndürən avtomobil 9 ton su və 1 ton köpükyaradan maye, xilasedici yanğınsöndürən avtomobil isə 3 ton su və 500 kiloqram köpükyaradan maye tutur. Avtomobillərin hər biri 3 siyirtməli nərdivan, mühərrikli tüstüqovucu, 4 projektor, generator, istiyə davamlı 4 dəst xilasetmə paltarı, eləcə də digər yanğından mühafizə vasitələri ilə təchiz olunub. Xüsusi kəsici aparatla təchiz olunmuş xilasedici-yanğınsöndürən avtomobil həm də yol-nəqliyyat hadisələri zamanı istifadə olunacaq. Səfərbərlik ehtiyatlarına baxış zamanı bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bazasında kifayət qədər səfərbərlik ehtiyatı yaradılıb. Yeni gətirilən 100 dəst çadır, 2 generator, 12 nasos və digər məişət avadanlıqları baş verə biləcək hər hansı fövqəladə hadisə zamanı insanların yaşayışının normal təşkilinə imkan yaradacaq. Asanlıqla daşınan və qurulan çadırların hər biri 6 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Sabah Azərbaycanda 38 dərəcəyə qədər isti olacaq
16.06.2019
Ağdamda şəhid Səyyaf Məmmədovun xatirəsi anılıb
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info