Moskvada “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçirilib
Tarix: 15.09.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Rusiya paytaxtında “İpək yolu” İkinci Beynəlxalq Mədəniyyət Forumu keçirilib.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə keçirilən forumda 16 ölkənin, Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin, o cümlədən Azərbaycanın nümayəndələri iştirak ediblər.
Forumun əsas mövzusu “Əməkdaşlığın inkişafı. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin və birgə layihələrin işlənilməsi” olub. Forumun açılışında çıxış edən Rusiya baş nazirinin müavini Olqa Qolodets forumun əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, həm MDB-yə, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin məhz humanitar sahədə bir araya gəlməsi çox uğurlu və perspektivli layihələrin təməlidir.
Forumda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun həyata keçirdiyi böyük layihələr barədə məlumat verib. Səfir UNESCO və TÜRKSOY da daxil olmaqla bir sıra təşkilatlarla əməkdaşlıq edən DHƏF-in bütün sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Forumun yekununda dövlətlərarası yeni strukturun - “İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı”nın yaradılması haqqında saziş imzalanıb. Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların “Bizim yolumuz arzularadır” adlı sərgisi də təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info