BMT Baş Məclisinin sessiyasında Xocalıya dair qətnamə qəbul edilib
Tarix: 15.09.2015 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


BMT Baş Məclisinin 69-cu sessiyasında “Soyqırımı qurbanlarının xatirəsinin anılması və soyqırımı cinayətinin qarşısının alınması üzrə beynəlxalq gün” adlı qətnamə qəbul olunub. Bu qətnamə 1948-ci ildə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması üzrə konvensiya”nın müddəalarına əsaslanır.
Qətnamənin qəbul olunmasından dərhal sonra Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılov bəyanatla çıxış edib. Bəyanatda qəbul olunmuş sənədin Azərbaycan üçün əhəmiyyətli olduğu və tariximizin ən acı səhifələrindən birini - Xocalı soyqırımını xatırlatdığını qeyd edib.

Xocalı qətliamı barədə məlumat verən F.Cəbrayılov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın bu şəhərində qadın, uşaq və yaşlılar daxil olmaqla 613 azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, şəhər isə işğalçılar tərəfindən yerlə-yeksan olunub. Eyni zamanda, Xocalıqurbanları və onların qohumlarının 23 ildən artıq ədalət gözlədikləri və hadisələrin günahkarlarının indiyədək cəzalandırılmadığı diqqətə çatdırılıb.

Azərbaycan nümayəndəsi deyib ki, Ermənistan törətdiyi cinayətə görə məsuliyyətini etiraf etməlidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ regionu bu ölkənin silahlı qüvvələri tərəfindən işğal edilib. Müharibə zamanı Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bu ərazilərində qondarma rejim qurulub. Təcavüzkar ölkə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması, habelə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874, 884 nömrəli qətnamələrini yerinə yetirmir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info