Tələbə adını qazanmış gənclər Binəqədi RİH tərəfindən təltif olunublar
Tarix: 15.09.2015 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif Abbasov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı büstü önünə gül dəstələri qoydu, dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirdilər.
Şura iclasını Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, təhsilə göstərilən dövlət qayğısından danışdı. X.İsgəndərov ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü, inkişaf və tərəqqiyə, ölkəmizin milli maraqlarına söykənən siyasətin mühüm istiqamətlərindən birinin təhsil siyasəti olduğunu vurğuladı. Natiq Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyeva “Binəqədi rayonunda 2014-2015-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” barədə məruzə ilə çıxış etdi.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru kimya elmləri doktoru, professor Vaqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov öz çıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildirdilər.
Tədbir rayonun veteran müəlliməsi Şükufə Axundova, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş - 283 saylı tam orta məktəbin məzunu Əfsanə Şamilli, 83 saylı məktəb-liseyin məzunu Səhminə Şahəliyeva, 115 saylı tam orta məktəbin məzunu Nicat Rzazadə, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “Asan” könüllüsü Nahid Qasımovun çıxışları ilə davam etdi.
Tədbirin sonunda Şura qərarı oxundu və ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular.
Yekunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirildi.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info