Timuçin Əfəndiyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu“ təqdim edilib
Tarix: 15.09.2015 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Sentyabrın 15- də Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev qonaqları salamlayaraq bu il akademiyaya qəbul olmuş ilk on bir nəfəri qazandıqları tələbə adı münasibətilə təbrik edib.
T.Əfəndiyev Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə akademiya statusu alan bu sənət məbədinin inkişafı və ənənələrinin qorunması istiqamətində görüləcək işlərdən danışıb.
Rektor akademiyada səkkiz ay müddətində görülən işlərdən danışaraq tədris planının qabaqcıl dünya ölkələrinin təcrübələrindən yararlanaraq hazırlanmasından söz açıb. Akademiyanın elmi-nəzəri potensialını inkişaf etdirmək üçün yeni konsepsiyaların hazırlanması və öyrənilməsi ilə yanaşı, bu sahədə yaranan boşluqların aradan qaldırılması naminə tədqiqat əsərlərinin hazırlanmasının vacibliyi bildirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək vurğulayıb ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Nazir bununla yanaşı, bu elm ocağında beynəlxalq təcrübələrin mənimsənilməsi və bu sənətin daha da inkişafı üçün zəruri addımların atılacağını diqqətə çatdırıb.
Daha sonra Əbülfəs Qarayev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin Əfəndiyevə ölkə başçısının müvafiq Sərəncamı ilə verilmiş "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu təqdim edib.
Sonda nazir tələbə adını qazanmış gəncləri də təbrik edərək onlara tələbə bileti və müvəffəqiyyət kitabçaları verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info