Pakistan Dağlıq Qarabağda keçirilən “seçkilər”i pisləyib
Tarix: 15.09.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Pakistan Senatının müdafiə daimi komitəsi Azərbaycanın işğal edilmiş ərazilərində sentyabrın 13-də qondarma separatçı rejimin “özünüidarə orqanları”na keçirilmiş “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb.
Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda komitənin qanunsuz “seçkiləri” qəti şəkildə pislədiyi bildirir.
Sənəddə qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, zorakılıq yolu ilə Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal edib, habelə bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə və digər ağır cinayətlər törədib:
“Bu qanunsuz seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır və sülh danışıqlarına zərbədir. Bu, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını legitimləşdirmək istiqamətində atılmış növbəti addımı və eyni zamanda silahlı münaqişənin siyasi həllində səmimi şəkildə maraqlı olmamasının aydın təzahürü, bu ölkənin təxribatlar və gərginləşdirmə yolu seçməsinin göstəricisidir”.
Bəyanatda vurğulanır ki, komitə beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. “İnanırıq ki, münaqişənin davamlı və uzunmüddətli həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinin icrasının təmin edilməsidir”, - deyə sənəddə qeyd olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10700

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Film turizmi – yaxşı kino ixrac məhsuludur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info