Şəkidə iki yeni məktəb binası qapılarını müəllim və şagirdlərin üzünə açıb
Tarix: 15.09.2015 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Yeni dərs ilinin ilk günündə Şəki rayonunun Baş Göynük və Göybulaq kənd məktəblərinin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar.
Sentyabrın 15-də bu kəndlərdə dövlət vəsaiti hesabına inşa edilmiş yeni məktəb binaları qapılarını onların üzünə açıb.
Baş Göynük kəndindəki Gülarə Qədirbəyova adına 1 nömrəli tam orta məktəbin 640 şagird yerlik yeni binasının açılış mərasimində çıxış edən şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, təkcə son dörd ildə Şəkidə 25 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bu ilin sonunadək Qaratorpaq və Qoxmuq kəndlərində də yeni məktəb binalarının istifadəyə verilməsi nəzərdə tutulur.
Bu gündən etibarən yeni binada fəaliyyət göstərəcək Baş Göynük kənd 1 nömrəli tam orta məktəbi zəngin ənənələrə malik təhsil ocağıdır. 1884-cü ildə yaradılan bu qocaman məktəbin 120 illik yubileyi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təntənəli şəkildə qeyd olunub.
Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək məktəbin müəllim və şagirdlərini əlamətdar bayram münasibətilə təbrik edib, kollektivə yeni dərs ilində daha böyük uğurlar arzulayıb.
Sonra mərasim iştirakçıları yeni binada yaradılan şəraitlə yaxından tanış olublar. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevə və Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan sərgilər diqqəti cəlb edir. Bildirilib ki, məktəbin yeni binasının tikintisinə 2013-cü ilin mayında başlanılıb. Yeni dərs ilində məktəbdə 350 şagird təhsil alacaq. Onlardan 50 nəfəri ilk dəfə məktəb partası arxasında əyləşir.
Şəhər rəhbərliyi daha sonra rayonun Göybulaq kəndində ümumi orta məktəb üçün inşa olunan 180 şagird yerlik binanın açılışında iştirak edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info