Füzulidə 340 şagird yerlik gimnaziya binası istifadəyə verilib
Tarix: 15.09.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Yeni dərs ilinin ilk günü Füzuli rayonunun təhsil həyatı üçün əlamətdar və yaddaqalan olub. Rayonun Əhmədbəyli kəndində inşa edilən musiqi təmayüllü gimnaziya binası müəllim və şagirdlərin istifadəsinə verilib. Bu münasibətlə rayon rəhbərliyinin, ictimaiyyətin, müəllim və şagirdlərin iştirakı ilə açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz Həşimova müəllim və şagirdləri yeni dərs ilinin başlanması və gimnaziya binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, son illər Azərbaycan təhsilinin inkişafı ilə bağlı görülmüş işlərdən, Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri yüksək diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, son 10 ildə Füzuli rayonunda 3860 şagird yerlik 23 məktəb binası tikilib, 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir olunub. Rayonun ümumtəhsil müəssisələrini bitirən məzunlar hər il yüksək göstəricilərlə müxtəlif ali məktəblərə qəbul olurlar. Təkcə bu il məzunlardan 326 nəfəri ali, 92 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olub. Onların 35-i 500-600 arası, 12-si isə 600-dən çox bal toplayıb.
Mərasimdə çıxış edən müəllim və şagirdlər, ictimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra iştirakçılar gimnaziya binasında yaradılan şəraitlə tanış olublar. 340 şagird yerlik bina üç korpusdan ibarətdir. Əsas korpus üç mərtəbəli, yataqxana, yeməkxana, musiqi və akt zallarının yerləşdiyi ikinci və üçüncü korpuslar isə iki mərtəbəlidir. Gimnaziya binasında, həmçinin fizika, kimya, biologiya kabinələri və laboratoriyalar, kompüter otaqları, kitabxana, idman zalı fəaliyyət göstərir. Müasir istilik və müşahidə sisteminə malik bina lazımi inventar və avadanlıqlarla təmin olunub.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Sabahın hava proqnozu açıqlanıb
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info