Bərdənin Türkmən kəndində yeni dərs ili yeni məktəbdə başlayıb
Tarix: 15.09.2015 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Bərdə rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilib. Bilik günündə rayonun Türkmən kəndində 260 şagird yerlik yeni məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədəki xidmətlərindən bəhs olunub. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Bərdə rayonunda da yeni məktəb binalarının tikintisi, mövcud binaların təmiri diqqət mərkəzindədir. Yeni dərs ilinə hazırlıqla əlaqədar Bərdə şəhər 4 və 5 nömrəli, Mehdili, Xanağalı, Qaradırnaq, Kətəlparaq, Lənbəran, Bəcirəvan, Mollalı, Samux, Mehdixanlı, Muğanlı kənd tam orta məktəb binalarında əsaslı və cari təmir işləri aparılıb.
Mərasimdə çıxış edən müəllim və şagirdlər, kənd sakinləri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Yeni məktəb binasında fənn kabinələri, laboratoriya, kompüter otaqları, akt və idman zalları, bufet, kitabxana yaradılıb, istilik sistemi qurulub, məktəb lazımi inventar və avadanlıqlarla təmin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info