MTN-in Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub
Tarix: 15.09.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yeni tədris ilinin başlaması ilə əlaqədar «Bilik günü» təntənəli sürətdə qeyd olunub.
Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov yeni tədris ilinin başlanması münasibətilə bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin professor-müəllim heyətini və kursantları təbrik edib.
Şahin Sultanov bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş siyasi-iqtisadi kurs müasir tələblər səviyyəsində prezident İlham Əliyevin rəhbərliyi ilə inamla və uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda mütəmadi olaraq beynəlxalq səviyyəli müxtəlif siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin təşkili artıq ənənə şəklini alıb. Qeyd olunub ki, ölkə rəhbəri İlham Əliyev Azərbaycan gəncliyinə, eləcə də ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Bu sahəyə əhəmiyyətli investisiya qoyuluşu, Azərbaycan gəncliyinin sürətli inkişafı, gənclərimizin təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, dövlət idarəçiliyinə cəlb edilməsi və s. məsələləri daim diqqət mərkəzində saxlayır.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında kadr hazırlığının dövrün tələbləri səviyyəsində həyata keçirilməsinə, müasir ixtisas və istiqamətlərin açılmasına, yeni fakültələrin yaradılmasına daim xüsusi önəm verildiyini bildirən Şahin Sultanov qeyd edib ki, milli təhlükəsizlik orqanları üçün informasiya-təhlil işinin əhəmiyyəti nəzərə alınaraq, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun təşəbbüsü ilə bu il Akademiyada daha bir yeni fakültə - “İnformasiya-təhlil işçilərinin hazırlanması” fakültəsi fəaliyyətə başlayıb. Cari tədris ilində bu fakültəyə birinci qəbul keçirilib və ilk dəfə oğlanlarla yanaşı, qızlar da kursant qismində Akademiyaya qəbul olunublar. Ölkəmizin digər ali təhsil müəssisələrində olduğu kimi, Akademiyada da Boloniya sistemi tətbiq edilir, kursantların biliyinin daha düzgün və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə 100 ballıq qiymətləndirmə sistemindən istifadə olunur.
Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info