Avtobus dayanacaqları məlumatverici nişanlanma xətti ilə təchiz olunur
Tarix: 15.09.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Avtomobil yollarında həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə bir müddətdir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, küçə və prospektlərdə avtobus dayanacaqlarının önündə, yolun hərəkət hissəsi ilə səki arasında xüsusi nişanlanma xətlərinin çəkilişi davam etdirilir. Sarı rəngli ziqzaq məlumatverici üfüqi nişanlanma xətləri artıq şəhərin 33 küçə və prospektində çəkilib. İndiyə qədər 170 avtobus dayanacağı bu cür məlumatverici nişanlanma xətti ilə təchiz olunub. Nişanlanma xətlərinin önündə, dayanacağa giriş hissədə asfalt üzərinə ingiliscə “BUS” sözü də yazılır.
Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə də Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Zəruri olan yerlərdə yeni piyada zolaqları çəkilir, mövcud və rəngi solmuş zolaqlar isə yenidən rənglənir. Bu çərçivədə Nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında xeyli iş görülüb. Yeni tədris ilinin başlaması ilə əlaqədar, xüsusi olaraq məktəblərin yerləşdiyi 91 küçə və prospektdə aparılan işlər nəticəsində 157 yerdə zebra tipli üfüqi nişanlama xətləri çəkilib. Hazırda digər küçə və prospektlərdə bu işlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Nuran Kərimov: “Vergilər Nazirliyi prioritet məsələlərin həlli ilə məşğuldur və bu istiqamətdə ciddi nəticələr gözlənilir”
21.02.2019
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını xalqına xidmətdə görür
21.02.2019
Gəmiçilik ilə Bakı Gəmiqayırma Zavodu tankerlərin inşasına dair yeni müqavilə imzalayıb
21.02.2019
Mersi Tembon: “Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk”
21.02.2019
Azərbaycan neftinin bir barreli 68,50 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info