Putin: “Qaçqın böhranı xarici müdaxiləyə görə baş verir”
Tarix: 15.09.2015 | Saat: 22:09:00 | E-mail | Çapa göndər


“Rusiyanın ekstremistlərə qarşı koalisiya təklifi terrorla mübarizədə töhfəsini verən və verəcək bütün tərəfləri birləşdirməlidir”

Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyəti terrorizmlə mübarizəyə və bu məsələdə geopolitik ambisiyaları bir kənara atmağa çağırıb. Bu barədə TASS xəbər yayıb. Tacikistan paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında Putin qeyd edib: “İŞİD” terror qruplaşması ilə mübarizə aparmaq üçün geosiyasi ambisiyaları bir tərəfə qoymaq və ikili standartlardan imtina etmək lazımdır.
Sadə sağlam məntiq, qlobal və regional təhlükəsizliyə cavabdehlik dünya ictimaiyyətindən bu təhlükəyə qarşı güclərini birləşdirməyi tələb edir. Geosiyasi ambisiyaları bir kənara qoymaq, ikili standartlardan imtina etmək, şəxsi konyuktur məqsədlərinə çatmaq üçün birbaşa və ya dolayısı ilə ayrı-ayrı terrorçu qruplardan istifadə etmək, o cümlədən kiməsə sərf etməyən hökumət və rejimlərin dəyişdirilməsi siyasətindən imtina etmək lazımdır”.
Putin Suriya, İraq və ümumilikdə Yaxın Şərq regionunda vəziyyəti çox ciddi adlandırıb. O bildirib ki, “İŞİD” terrorçuları regionda geniş əraziyə nəzarət edirlər: “Terrorçular açıq şəkildə bildirirlər ki, Məkkəyə, Mədinəyə və Yerusəlimə əl uzadacaqlar. Onların planlarında Avropa, Rusiya, Mərkəzi və Cənub-Şərqi Asiyaya doğru fəaliyyətlərini genişləndirmək də var”.
Putinin dediyinə görə, narahatedici məqamlardan biri də “İŞİD” sıralarında ideoloji və döyüş hazırlığl keçənlər arasında bir çox ölkələrdən, o cümlədən Avropa və postsovet ölkələrindən olanlar var: “Əlbəttə, onların bizim ölkələrə qayıdacağı ehtimalı bizi narahat edir. Regional və qlobal təhlükəsizliklə bağlı məsuliyyət hissi və sağlam düşüncə dünya ictimaiyyətinin bu təhlükəyə qarşı səylərini birləşdirməsini tələb edir”.
Putin deyib ki, Rusiya ekstremistlərə qarşı təcili bir şəkildə koalisiya yaradılmasını təklif edib: “Bu koalisiya terrorla mübarizədə töhfəsini verən və verəcək bütün tərəfləri birləşdirməlidir”.
Putin Suriya haqqında deyib: “Biz Suriya hökumətini terrorçulara qarşı dayanmaqda dəstəkləyirik və ona bu məsələdə hərbi-texniki dəstəyimizi bundan sonra da göstərəcəyik.

Prezident İlham Əliyev hələ bir həftə öncə bu məsələyə münasibətini bildirmişdi və qeyd etmişdi ki, Yaxın Şərqdə müharibə və qətllərə sürüklənən insanlar xarici müdaxilənin qurbanlarıdır

Açıq görünür ki, Suriya hökuməti və ordusunun iştirakı olmadan, o ərazidə “İŞİD”lə mübarizə aparmaq və onları qovmaq, həmçinin, çoxmillətli və müxtəlif konfessiyalı Suriya cəmiyyətini xilas etmək mümkün deyil”.
Putin qeyd edib ki, bu gün Yaxın Şərqdən olan qaçqınların böhranına görə az qala, günahı Rusiyanın boynuna qoymaq cəhdləri var: “Sanki qaçqın böhranı Rusiyanın Suriyada hakimiyyəti dəstəkləməsinə görə baş verib. Əslində isə Suriyadan insanlar döyüş əməliyyatlarına görə qaçırlar. Bu əməliyyatlar isə daha çox xarici müdaxiləyə görə baş verir. Əgər Rusiya Suriyanı dəstəkləməsəydi, bu ölkənin vəziyyəti, Liviyada olduğundan daha pis və qaçqın axını da indikindən artıq olardı”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ bir həftə öncə iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə bu məsələyə münasibətini bildirmişdi və qeyd etmişdi ki, Yaxın Şərqdə müharibə və qətllərə sürüklənən insanlar xarici müdaxilənin qurbanlarıdır: “Ancaq bu insanların bir hissəsi Avropa qitəsinə üz tutandan sonra indi bütün Qərb mediası gecə-gündüz həmin görüntüləri yayır və bu vəziyyətə görə onları günahlandırır. Bu insanların heç bir günahı yoxdur. Onlar məqsədyönlü siyasətin qurbanlarıdır. Onlar xarici müdaxilənin qurbanlarıdır”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Erməni müxalifəti: Paşinyan ziddiyyətli bəyanatların sayına görə rekorda imza atıb
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info