“Lragir”: “Nazarbayev Azərbaycana siyasi dəstək verəcək”
Tarix: 15.09.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


«Mən olduqca çox səyahətlər etmişəm. Hətta Tundrada belə olmuşam və hər yerdə «armyaşkalar»a qarşı heyvancasına münasibət görmüşəm». Bu sözlər Zori Balayanın qələmindən çıxıb. Qabaqdangəlmişlik, gözlənilən təhlükədən məzlumcasına özünü sığortalamağa cəhd həmişə ermənilərin əsas silahlarından biri olub. Burada təəccüblü bir şey yoxdur. Ermənilər həmişə çətin duruma düşəndə əsas xislətlərini büruzə verirlər.
Elə erməni nəşri olan "Lragir” də dərc edilən məqalədə göstərilən kimi. Məqalə müəllif, sanki nalə çəkir: «Bu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli ölkələrin konfransında çıxış edərkən, yenidən Dağlıq Qarabağın azad edilməsi niyyətini, eyni zamanda Sovet hakimiyyətinin Zəngəzuru Ermənistana verməklə, türk dövlətləri arasındakı əlaqələrin sarsılmasına təkan verdiyini bildirib.
Azərbaycan Prezidentinin də çıxışı ilə yadda qalan forum Qazaxıstanın paytaxtı Astanada keçirilib. Unutmaq lazım deyil ki, Qazaxıstan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanla tərəfdaşıdır.
Ermənistannın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Avrasiya İttifaqının təhlükəsizlik məsələləri ilə heç bir əlaqəsi olmadığını bildirir.
Ehtimal etmək olar ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələlərə heç bir aidiyyəti yoxdur. Amma, məsələ bundadır ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidentinə Astana və İrəvanın eyni hərbi-siyasi blokun üzvləri olduğunu və onların təhlükəsizlik barədə qarşılıqlı öhdəlikləri olduqlarını xatırlatmalı idi.
Lakin Nursultan Nazarbaev İlham Əliyev «Ermənistan torpaqlarına olan hücumlar» barədə danışarkən, ona heç bir irad bildirmədi. Bundan əlavə, heç bir şübhə yoxdur ki, əgər Azərbaycan sabah hərb yolunu seçərsə, Nazarbayev hərbi qüvvə ilə olmasa da, Azərbaycana siyasi dəstək verəcək.
Bütün bu detalları, Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliy Serj Sarkisyan KTMT-nin sammitində Vladimir Putinlə görüşündə nəzərə çatdıracağına söz verib
Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik etmək Ermənistana həvalə edilsə də, bu sadəcə olaraq formal ritual xarakteri daşıyacaq. Ermənistanın bu təşkilatın fəaliyyətinə heç bir təsir gücü olmayacaq. Ümumiyyətlə, blokun fəaliyyəti nisbi anlayışdır, sadəcə desək, bu təşkilatın heç bir fəaliyyəti yoxdur. Bu təşkilat ancaq kağız üəzrində mövcuddur. Lakin Rusiyanın köməyi ilə blokun üzvləri özlərinin bir sıra geosiyasi məqsədlərini həll edirlər. Lakin maraqlıdır, bu blokun imkanlarından istifadə edən Ermənistan Rusiya ilə hansı vəzifələrini həll edə bilər? Elə buna görə də, əminliklə demək olar ki, Ermənistannın bu blokdan istifadə imkanları çox məhduddur. Əksinə, əgər Azərbaycan hərəkətə keçərsə, bu qurum Ermənistana arxadan hücumun tətbiqində vasitə kimi özünü büruzə verəcək”.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info