Boksçumuz Mahaçqalada çempion oldu
Tarix: 16.09.2015 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Rusiyanın Mahaçqala şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc mükafata layiq görülüb.
52 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fires” klubunun üzvü Məhəmməd İbiyev bütün görüşlərini qələbə ilə başa vurub. Boksçumuz finalda Özbəkistan nümayəndəsi Əzizbek Otajonovu məğlub edərək, 1-ci yerə sahib olub. “Baku Fires”in daha bir üzvü Rəsul Saliyev yarımfinalda Özbəkistan komandasının lideri Abdullo Kuçkarova uduzaraq, 3-cü yerlə kifayətlənib. Zaur Abdullayev də (64 kq) Umaxanov turnirindən bürünc medalla dönüb. Boksçumuz iki görüşdə qalib gəlsə də, yarımfinalda rusiyalı Şahabbas Mahmudova uduzub. 91 kq çəki dərəcəsində çıxış edən Heydər Heydərov da beynəlxalq yarışda 3-cü yeri tutub. “Gilan” klubunun üzvü finala gedən yolda qazaxıstanlı Abilxair Turlanbekə məğlub olub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Elnur Məmmədli təmsil edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info