Şahmat üzrə Dünya Kuboku
Tarix: 16.09.2015 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Bakıda şahmat üzrə Dünya Kuboku davam edir. Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynov qələbə uğrunda mübarizəni davam etdirirlər. Azərbaycan yığmasının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov görüşlərini heç-heçə başa çatdırıblar.
Məmmədyarovun rəqibi çinli şahmatçı Hou İfan, Rəcəbovun tərəf-müqabili isə israilli qrossmeyster İlya Smirin olub. Qədir Hüseynov ekstra sinfinə aid edilən məşhur çexiyalı qrossmeyster David Navara ilə qarşılaşmada qələbə qazanıb. Oyunu əvvəldən axıra qədər inamla aparan Qədir debütdə təşəbbüsü ələ alıb, öz üstünlüyünü reallaşdırıb və beləliklə, növbəti raunda çıxmaq şansını artırıb. Bu dəfə ağ fiqurlarla oynayan, indiyə qədər parlaq çıxış edən Rauf Məmmədov isə dünya şahmatının liderlərindən biri olan Fabiano Karuanaya uduzub. Qeyd edək ki, İspaniyanın və dünyanın ən nüfuzlu idman nəşrlərindən olan “Marca” Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku haqqında yazıb. Bu yarışda İspaniyanı təmsil edən yeganə şahmatçı David Anton Guijarronun ilkin mərhələdə Rumıniya təmsilçisi Liviu Diter Nisipianuya məğlub olması təəssüflə qeyd edilir. Daha sonra yarışın gedişi haqqında ətraflı məlumat verən “Marca” əsasən Latın Amerikalı şahmatçıların çıxışlarına diqqət ayırıb. Turnirinin əsas sensasiyalarından biri kimi İsrail şahmatçısı Boris Gelfandın Çili təmsilçisi Kristobal Enrikez tərəfindən məğlub edilməsi göstərilir.





 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ermənistan Boks Federasiyasının nümayəndəsi: Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil
25.05.2019
Messi “Qızıl buts“u qazandı
25.05.2019
Hidayət Heydərov Qran-Pri yarışında finala vəsiqə qazanıb
25.05.2019
Xarici gimnastlar Azərbaycan dilində danışdılar
25.05.2019
“Arsenal” Mxitaryanı satmağa hazırlaşır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info