Stabilliyin qarantı
Tarix: 16.09.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


“Düzgün aparılan siyasi və iqtisadi siyasət Azərbaycanı bu gün dünyada baş verən böhranlardan qoruyur”

Dünyada iqtisadi böhranın dərinləşdiyi, siyasi proseslərin gərginləşdiyi halda, Azərbaycanda sabitlik hökm sürür. Prezident İlham Əliyev sentyabrın 8-də keçirdiyi müşavirədə bu böhranın səbəblərini açıqlayıb: “Bu böhranın əsas səbəbləri sabitliyin pozulmasıdır və bəzi ölkələrin siyasi maraqlarıdır. O ki qaldı Azərbaycana, bütün bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir. Ölkədə sabitlik möhkəmlənir. Bizim beynəlxalq mövqelərimiz daha da güclənir. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik bir üzvüdür. Ölkədə proseslər müsbət istiqamətdə gedir. Xalq bizim siyasətimizi dəstəkləyir. Hətta böhranlı illərdə də bizim iqtisadiyyatımız uğurla inkişaf edir”.
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilov Prezidentin fikirlərinə münasibət bildirərək dedi ki, dünyada bu böhranlar süni və təbii yolla baş verir: “Bu gün dünyada baş verən proseslər onu göstərir ki, dünyanın əksər inkişaf etmiş və ya inkişaf etməkdə olan dövlətlərində siyasi və iqtisadi böhranlar yaşanmaqdadır və bunun uzun müddət davam edəcəyi gözləniləndir. Təbii ki, baş verən böhranlar iqtisadiyyatın düzgün qurulmaması, cəmiyyətdə qeyri-sabitlik, siyasi hakimiyyətin zəifliyi, iqtisadi resursların yoxluğu və s. səbəblərdən yaranırsa, süni böhranlar dünyanı idarə etmək istəyən qüvvələr tərəfindən yaradılan iqtisadi böhranlardır. Məhz bu gün dünyada baş verən iqtisadi böhranların kökündə həmin qüvvələrin yaratdığı süni böhranlar üstünlük təşkil edir. Hesab edirəm ki, cənab Prezident də öz çıxışında bu məsələyə toxundu və tamamilə haqlı idi. Azərbaycanda güclü dövlət quruculuğu və xalqın hakimiyyəti dəstəkləməsi nəticəsində hesab edirəm ki, bu qüvvələr ölkəmizdə, demək olar ki, heç bir neqativ planlar həyata keçirə bilmirlər. Düzgün aparılan siyasi və iqtisadi siyasət, Prezidentin də vurğuladığı kimi, Azərbaycanı bu gün dünyada baş verən böhranlardan qoruyur”.

“İqtisadiyyat
üçün heç bir təhlükə görmürəm”


Onun sözlərinə görə, iqtisadiyyatın güclü olmasının əsas faktorlarından biri sabitlikdir: “Məhz əsas amil budur ki, Azərbaycanda bu stabillik təmin olunub və qorunur. Xalq olaraq bu sabitliyin qədrini bilməli və onu qorumalıyıq. Xarici qüvvələrin Azərbaycanda əl-qol açmasına imkan vermək olmaz. Düzdür, sevindirici haldır ki, onların burada neçə illər yaratmaq istədikləri siyasi və ictimai qurumlar, demək olar ki, iflasa uğrayıb. Çünki Azərbaycan xalqı onları dəstəkləmədi. Xalq Heydər Əliyev siyasətini və onun davamçısı İlham Əliyevi dəstəklədi. Çünki bu gün Azərbaycanı stabilliyə və inkişafa aparan yeganə siyasət bu idi. Ancaq arxayınlaşmaq olmaz, cəmiyyət dövlətin yanında olmalıdır və bu siyasətə qarşı daha fəal çıxış etməlidir. Burada xüsusilə gənclərin və ziyalıların rolu hiss olunmalıdır”.
Anar Xəlilov hesab edir ki, aparılan siyasəti olduğu kimi qoruyub saxlasaq həm iqtisadi gücümüzü, həm də regionda siyasi gücümüzü qoruyub saxlaya biləcəyik: “Ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik. Buna mən inanıram. Vaxtilə Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu və “Holland sindromu”nun baş verəcəyini deyənlər, bu gün başqa mənfi proqnozlar verməkdədirlər. Bu pronozların da artıq özünü doğrultmayacağı indidən aydındır. Cənab Prezidentin də qeyd etdiyi kimi böhran ilində iqtisadiyyatımızın əldə etdiyi artım rəqəmləri bu proqnozların indidən üstündən xətt çəkir. Bu gün ölkə rəhbərliyi qeyri-neft sektorunun inkişafına bütün diqqətini yönəldib. Sənayenin müxtəlif sahələri ilə yanaşı, aqrar və turizm sahələrinin inkişafı üçün güclü islahatlar aparılır, sərmayələr qoyulur. Bu sahələrin yenidən inkişafı və dirçəldilməsi üçün onu qeyd edim ki, milyardlarla manat vəsait sərf olunur. Artıq bunun nəticəsi hiss olunmaqdadır. Bizim əsas məqsədimiz kənd təssərüfatı məhsullarımızı Rusiya bazarlarına çıxartmaq və bu bazarda önəmli yer tutmaqdır. Bildiyiniz kimi, Avropa məhsullarına qoyulan sanksiyalar bizim bu istiqamətdə şanslarımızı artırıb. Bu bazarı əldə etsək, hesab edirəm ki, Avropa yenidən o bazara qayıda bilməyəcək. Məhz bu məqamda Prezident çevik surətdə bu ili “Kənd təssərüfatı ili” elan edərək böyük bir islahata start verdi”.
SİMİB sədri bu islahatların yaxın gələcəkdə ölkə iqtisadiyyatında müsbət nəticələrinin hiss olunacağını deyir: “Turizm sektorunda da gedən inkişaf deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycana milyonlara turist axını gözlənilir. Bu gün mən Azərbaycan iqtisadiyyatı üçün heç bir təhlükə görmürəm, çünki bir daha qeyd edirəm, bunu deməyə mənə əsas verən odur ki, Azərbaycanda güclü siyasi iradəyə malik Prezident var, onun apardığı bugünkü dünyanın mənzərəsinə uyğun hesablanmış iqtisadi islahatları vardır”.

“Xalq və hakimiyyətin birliyini heç kim sarsıda
bilməz”


Xalqın dövlətin siyasətini dəstəkləməsindən danışan həmsöhbətimiz hesab edir ki, bu siyasət Azərbaycan xalqının iradəsini ifadə edir: “Əgər bugünə qədər Azərbaycanda bizi sevməyən qüvvələr stabilliyimizi poza biləcək heç bir fəaliyyət görə bilməyiblərsə, elə bu göstəricinin özü xalqın, dövlətin siyasətini dəstəkləməsinə əyani sübutdur. Bu gün əksər münaqişə baş verən ölkələrdə hadisələrin yaranmasının səbəbi xalqın dövləti tam dəstəkləməməsinə görə oldu. Məhz bundan istifadə edən qüvvələr də öz məkrli siyasətlərini bu gün o xalqların üzərində həyata keçirirlər. Ancaq Azərbaycanda ümumilli lider Heydər Əliyevin qoyduğu siyasət xalq dövlət birliyi siyasəti idi ki, bu gün bu siyasət uğurla davam edir. Məhz buna görə xalq dövlətin yanındadır. Prezident də xalqın yanındadır. Artıq elə bir gün olmaz ki, Prezident hansısa müəssisənin və ya infrastruktur obyektinin açılışı ilə xalqın yanında olmasın. Bu siyasəti qorumaq lazımdır”.
Onun fikrincə, bu siyasəti qorumağın məsuliyyəti xalqla yanaşı, məmurların da üzərinə düşür: “Bəzi məmurlarımız öz işlərində dönüş yaratmalı və ya Prezidentin qeyd etdiyi kimi, vəzifəsindən getməlidir. Xalq və hakimiyyətin birliyini heç kim sarsıda bilməz. Bu birlik Azərbaycanın müstəqilliyinin daimiliyi, ərazi bütövlüyümüzün bərpası, iqtisadiyyatın güclü, stabil olması, elmin, mədəniyyətin inkişafıdır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info