Dərmanlar ucuzlaşdı
Tarix: 16.09.2015 | Saat: 01:19:00 | E-mail | Çapa göndər


Əvvəllər 9 manat qiymətində olan antibiotik indi 3 manata, 35 manata olan bəzi ürək dərmanları 6 manata satılır

Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də ölkənin dərman bazarı ilə bağlıdır. Ümumiyyətlə, dərman bazarının tənzimlənməsi, eləcə də mövcud problemlərin aradan qaldırılması ilə bağlı son vaxtlar müvafiq addımlar atılır.

Bu sahədə dövlət başçısının tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurasının 30 iyul 2015-ci il tarixli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” sosial qərarı ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Belə ki, qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox endirilib. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90 faizinin qiyməti düşəcəyi bildirilmişdi. İclasda ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi. Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışı zamanı ölkə başçısı bildirmişdi ki, sosial siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək: “Dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilib”.
Beləliklə, ölkə başçısının da qeyd etdiyi kimi bu gündən başlayaraq apteklərdə dərmanlar yeni qiymətlə satılmağa başlanılıb. Son günlər əczaçılar da apteklərə gələcək dərmanların yeni qiymətə olacağını bildirmişdilər. Artıq apteklərdə bunun şahidi olmaq mümkündür. Mövcud vəziyyəti izləmək üçün biz də şəhərin mərkəzi hissəsində yerləşən bir neçə aptekə müraciət etdik. Həmin apteklərdə çalışan əczaçılar artıq dərmanların yeni qiymətə apteklərə gətirildiyini bildirdilər. Satıcı bildirdi ki, ayın 15-dən başlayaraq hissə-hissə, üzərində yeni qiymət yazılmış dərmanlar gətirilir. Yeni qiymətlərə gəldikdə isə bir sıra dərmanlarda xeyli dərəcədə fərq özünü göstərdiyini deyən satıcı qeyd etdi ki, bunlar ilk növbədə ağrıkəsici, ürək, antibiotiklərdir. Qiymət fərqi ilə bağlı əczaçı bildirdi ki, məsələn, əvvəllər 9 manat qiymətində olan antibiotik indi 3 manata satılır. Bundan başqa bəzi ürək dərmanları var ki, əgər o, əvvəllər 35 manata idisə hazırda 6 manatdır. O da vurğulandı ki, dərmanların qiymətindəki ucuzlaşma tədricən başqa dərmanlara da şamil ediləcək. Bildirildi ki, artıq konkret olaraq bu qiymətlər dövlət tərəfindən təsdiq edilib və apteklər dərmanları məhz həmin qiymətə satmalıdırlar.

Dərman vasitələrinin qiyməti ilə bağlı Tarif Şurasının növbəti
iclası sentyabrın sonunadək keçiriləcək


Qeyd edək ki, iqtisadiyyat və sənaye naziri, Tarif Şurasının sədri Şahin Mustafayev də bildirib ki, növbəti 55 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunub və hazırda Tarif Şurasının Katibliyinə təqdim olunmuş məlumatlar araşdırılır. Həmin təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi işləri aparılır və sentyabrın sonunadək Tarif Şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Ş. Mustafayevin sözlərinə görə, böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək: “Bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Bir daha qeyd edim ki, tənzimləmə prosesinin gedişi, hər dəfə qiymətləri təsdiqlənən dərman vasitələri, onların qiymətləri və yeni qiymətlərin qüvvəyə minmə tarixləri barədə məlumatlar KİV vasitəsilə ictimaiyyətə çatdırılacaq”.

“Ölkədə dərman qıtlığı yoxdur”

“Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi dərmanların Azərbaycana idxalına heç bir məhdudiyyət yaratmır”. Ş. Mustafayev bildirib ki, mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra istənilən ölkədə istehsal olunan dərman vasitəsi Azərbaycana idxal oluna bilər: “Onu da qeyd edim ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkəyə idxal olunan dərman vasitələrinin həcmində artım müşahidə edilir və ölkədə dərman qıtlığı yoxdur”. Nazir deyib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda, o cümlədən Sumqayıt Kimya Sənaye Parkında əczaçılıq məhsullarının istehsalının təşkili məqsədi ilə dünyada bu sahədə tanınmış şirkətlərlə danışıqlar aparılır və bu istiqamətdə tədbirlər görülür.
Beləliklə, bu gün artıq apteklərdə dərmanlar yeni qiymətlərlə satışdadır və demək ki, əhali bu sahədə problemlə qarşılaşmayacaq. Eyni zamanda insanlar, xüsusilə də dərmana daha çox ehtiyacı olan təbəqə aşağı qiymətə bu dərmanlardan yararlana biləcəklər. Dərmanların qiymətinin 2-3 dəfədən çox enməsi dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına və beləliklə, vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək. Dərman preparatlarının qiymətlərinin aşağı enməsi həm aztəminatlı ailələrin çox xərc çəkmədən sağlamlığını təmin etməsinə, həm də dərman preparatları üçün nəzərdə tutulan xərclərin ailənin digər ehtiyaclarına sərf etməsinə imkan yaradacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info