“Qərb qaçqınlar üçün narahat olursa, o zaman terrorçulara dəstəyi dayandırsın”
Tarix: 16.09.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


“Hazırda Avropada yaşanan qaçqın böhranının əsas səbəbi Qərbin terrorçulara dəstək verməsidir”.
Bunu Suriya prezidenti Bəşər Əsəd Rusiya mediasına müsahibəsi zamanı deyib.
“Məsələ Avropanın onları qaçqın kimi qəbul edib-etməməyində deyil, iş burasındadır ki, bu məsələ ilə məşğul olunmur. Əgər qaçqınlar üçün narahat olurlarsa, o zaman terrorçulara dəstəyi dayandırsınlar”, deyə B. Əsəd bildirib.
Suriya prezidenti Bəşər Əsəd Suriyadakı bütün qüvvələri də terrorla mübarizə üçün birləşməyə çağırıb.
“Mən ölkədəki bütün qüvvələrə müraciət edərək, terrorla mübarizə üçün birləşməyə çağırıram. Çünki bu dialoq və siyasi proses vasitəsilə suriyalıların qarşılarına qoyduqları siyasi məqsədlərə nail olmaq üçün mühüm yoldur”, deyə o bildirib.
“Əgər biz bu gün hər-hansı suriyalıdan nə istədiyini soruşsaq, o, birinci növbədə, hamı və hər bir kəs üçün təhlükəsizlik və sabitlik arzuladığını bildirəcək. Beləliklə, biz, istər hökumət daxilindəki siyasi qüvvələr, istərsə də hakimiyyətdən kənardakı qüvvələr, Suriya xalqının tələbləri ətrafında birləşməliyik”, deyə Bəşər Əsəd əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info