“Biz iki ölkə arasında yeni tarixin yazılması üçün mübarizə aparırıq”
Tarix: 16.09.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan kimi dünya arenasında öz yerini tutmaqda davam edən beynəlxalq oyunçu və regionun ən vacib iştirakçısı ilə münasibətlərimizi inkişaf etdirmək məqsədilə bu ölkədə səfirliyimizi açdıq”.
Bu sözləri Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ölkəsinin Müstəqillik Günü ilə bağlı Bakıda keçirilən qəbulda deyib. O bildirib ki, Meksika və Azərbaycanı bir birinə bağlayan neft və qaz kimi təbii sərvətlər var: “Əməkdaşlıq üçün bir neçə istiqamətdə yollar açılmaqdadır. Azərbaycana xüsusilə qış aylarında meyvə-tərəvəz gətirmək niyyətindəyik. Biz idmana olan sevgimizi də paylaşırıq. Azərbaycanda güləş, ağır atletika, gimnastika, Meksikada isə boks, taekvando və suya tullanma inkişaf edib. Biz iki ölkə arasında yeni tarixin yazılması üçün mübarizə aparırıq”.

Tədbirdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iki dövlət arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, iki ölkədən nazirlər, millət vəkilləri, rəsmi şəxslər qarşılıqlı səfərlər edir, münasibətləri yüksək mərhələyə qaldırılar: “Azərbaycan üçün Meksika ilə münasibətlər böyük əhəmiyyət daşıyır. Ən vacib məqam isə Meksika Senatı və Konqresində Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından şərtsiz çıxarılması barədə məsələ qaldırılmasıdır. Biz əminik ki, münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info