Çexiyanın birinci xanımı İçərişəhərdə olub
Tarix: 16.09.2015 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Çex Respublikası Prezidentinin xanımı İvana Zemanova sentyabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
Qonağın İçərişəhər ilə tanışlığı Qoşa Qala qapısından başlayıb. Kiçik Qala küçəsində gəzinti zamanı Çexiyanın birinci xanımı təndirdə bişirilən çörəyə qonaq edilib.
Sonra İvana Zemanova elektromobillə İçərişəhərdə gəzintiyə çıxıb. Ona UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri yerləşir və bu abidələr dövlət tərəfindən qorunur.
Sonra İ.Zemanova Şərq memarlığının şah əsərlərindən biri – dünya əhəmiyyətli Şirvanşahlar Saray Kompleksi tarix-memarlıq abidəsi ilə tanış olub. Bildirilib ki, XV əsrdə inşa edilən bu tarixi abidə İçərişəhərdəki təpələrdən birinin ən uca nöqtəsində yerləşir. Şirvanşahlar sarayı Xəzər dənizindən və şəhər ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq əhəmiyyətini zəmanəmizdə də qoruyub saxlayır.
Qonaq Miniatür Kitab Muzeyində də olub. İ.Zemanovaya muzeyin fəaliyyəti və onun ekspozisiyasına daxil olan kitablar barədə ətraflı məlumat verilib.
Sonra qonaq Qız qalası ilə tanış olub. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qalada bir neçə il əvvəl konservasiya işləri görülüb. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir.
Sıratağlı Dini-Memarlıq Kompleksi və Karvansaray ərazisində ekspozisiya birinci xanımın böyük marağına səbəb olub.
Sonda İvana Zemanovaya xatirə hədiyyələri təqdim edilib.
İçərişəhərin abidələri və muzeyləri ilə tanışlıq Çexiyanın birinci xanımında böyük təəssürat doğurub.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info