“Azərbaycanın tolerantlıq təcrübəsi nümunə göstərilirsə, bu, dövlətimizin uğurlu siyasətinin göstəricisidir“
Tarix: 16.09.2015 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda "Dini və Milli Tolerantlıq - Millətlərarası Münasibətlərin İnkişaf etdirilməsində Medianın Rolu" mövzusunda beynəlxalq forum işinə başlayıb. Forum Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə baş tutub. Forumda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Milli Məclisin vitse spikeri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, ziyalılar, ictimaiyyət xadimləri iştirak ediblər.
Forumu giriş sözü ilə BAMF sədri U. Mirzəyev açıb. O, forumun keçirilməsinin əhəmiyyətini qeyd edərək iştirakçılara uğurlar arzulayıb və belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Forumu açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev belə tədbirlərin keçirilməsinin sülhün, tolerantlığın, azad, bərabər və birgə yaşayışın, milli münaqişələrin həllinin vacibliyinin dünyaya çatdırılması baxımından çox önəmli olduğunu dedi. Bildirdi ki, bu gün sadə insanların milli, dini heysiyatı, azad və sülh şəraitində yaşamaq kimi təbii hüquqları dünyanın müxtəlif güc mərkəzlərinin nəzarətində olan media qurumlarının əsas hədəfinə çevrilib. Millətlərarası dialoq, dini tolerantlıq, multikulturalizm məsələləri heç zaman bugünkü kimi aktual olmayıb. Məlumdur ki, medianın cəmiyyətimizə təsiri güclüdür. Media bizim fikirlərimizin və davranışlarımızın aynasıdır. Medianın bəzən cəmiyyətdəki ziddiyyətlərin kəskinləşdirməsinə, münaqişələri qızışdırmasına baxmayaraq, onun mövcud problemlərin həll edilməsi üçün töhfə vermək potensialı da çoxdur.
BAMF-ın sədri bildirib ki, təkcə Azərbaycan üçün deyil, bütöv dünyamız üçün zəruri olan bu məsələlərin müzakirə ediləcəyi forumun əsas məqsədi medianın bu istiqamətdə rolunu dəyərləndirmək, sülhün, tolerantlığın, multikulturalizmin açar elementlərini aydınlaşdırmaq və təşviq etməklə yanaşı, Azərbaycanın tolerantlıq modelinə, tarixi-mədəni irsinə nəzər salmaq, mümkün təcrübələri paylaşmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M. Qurbanlı isə Azərbaycanda ənənəvi tolerantlıqdan danışıb. O qeyd edib ki, Azərbaycanda dini zəmində münaqişələr olmayıb: “Burada yaşayan digər xalqlara qarşı hörmətlə yanaşılıb. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurlu siyasətinin göstəricisidir".
Qeyd edək ki, forumun keçirilməsinin məqsədi jurnalist və ekspertlərin tolerantlığı dünyaya çatdırmaları, dini dözümsüzlüyə qarşı mübarizəni təbliğ etmələridir.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info