ARGTMŞ növbəti layihəsini yekunlaşdırıb
Tarix: 16.09.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Bakı şəhərində, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu ilə birgə həyata keçirilən “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsinin yekun konfransı baş tutacaq. Konfransda dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbər və fəalları, mətbuat nümayəndələri iştirak edəcək.
Konfransın açılış mərasimində dövlət rəsmilərinin çıxışları, daha sonra isə layihənin hesabatı dinləniləcək. Konfransda 3 rayonda keçirilmiş təlimlər zamanı gənclər üçün aktual olan mövzular üzrə iştirakçılar tərəfindən verilmiş təkliflər səsləndiriləcək və bu təkliflər əsasında hazırlanan bəyannamə ictimaiyyətə çatdırılacaq. Sonda 3 ay davam edən layihənin video hesabatı təqdim olunacaq.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov qeyd edib ki, “ARGTMŞ daim yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan gənclərinin qərarvermə prosessində iştirakına imkan yaradıb. Təşkilat tərəfindən bu istiqamətdə keçirilən tədbirlərdən biri olan “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsi çərçivəsində 3 regionda keçirilən teatr əsaslı təlimlər vasitəsilə gənclər təlimləndirilib və öz təkliflərini vermək imkanı əldə ediblər. Təkliflər əsasında hazırlanan bəyannamə Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinə təqdim olunacaq, bu bəyannamənin 25-28 sentyabr 2015-ci il tarixlərində Nyu-Yorkda keçiriləcək BMT sammitinə təqdim edilməsi üçün təklif ediləcəkdir”.
Konfrans 22 sentyabr 2015-ci il tarixində “ADA” Universitetinin akt zalında keçirilə¬¬¬¬cək. Konfransda www.youthvoice.nayora.az¬¬¬¬¬¬¬¬¬¬¬¬ ¬¬¬¬¬¬ünvan¬¬¬ın¬¬¬¬¬¬da qeydiyyatdan keçməklə iştirak etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihəsi gənclərin potensialını üzə çıxararaq, onların ehtiyaclarının yetkinlik dövründə təhlükəsiz, sağlam və uğurlu keçidini təmin edəcək milli inkişaf çərçivəsinin hazırlanması prosesində nəzərə alınması məqsədilə həyata keçirilir. İyul ayında start verilən “Azərbaycan Gəncliyi Daha Yaxşı Gələcək uğrunda Fəaliyyətdə” layihənin təlimləri Lənkəran, İsmayıllı, Ağdam rayonlarında həyata keçirilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info