Sərnişinlərin regionlara daşınması üçün əlavə 200-dən çox avtobus xəttə buraxılacaq
Tarix: 16.09.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Qurban bayramı ilə əlaqədar sentyabr ayının 22-dən 27-ə kimi Bakı Beynəlxalq Avtovağzalında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bunu Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib.
M. Abdullayev vurğulayıb ki, bayram günlərində sərnişinlərin daşınması üçün 200-dən artıq nəqliyyat vasitəsi əlavə olaraq xəttə buraxılacaq: "Ehtiyat maşınlar artıq hazırdır. Lazımi sayda sərnişinin daşınması üçün 200-dən yuxarı nəqliyyat vasitəsi əlavə olaraq xəttə ayrılacaq.
Kompleksin nümayəndəsi deyib ki, bayram günlərində biletlərin qiymətinin qanunsuz şəkildə artırılmasına qarşı mübarizə aparılacaq: "Bayram günlərində neqativ halların qarşısının alınması üçün 8 nəfərdən ibarət müvafiq komissiyamız fəaliyyət göstərir. Həmin komissiyanın üzvləri biletlərin qiymətlərinə nəzarət edəcək. Biletlər yalnız kassalar vasitəsilə satılacaq. Hər hansı bir marşrutda sərnişin sıxlığı yarandıqda, bilet olmadıqda, məsələ yerindəcə həllini tapacaq, sərnişin yola salınacaq”.
Onun sözlərinə görə, bayram günlərində 600-dən çox nəqliyyat vasitəsi ilə 15 mindən çox sərnişinin daşınması gözlənilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info