Nazirlər Bakı-Tiflis-Qars layihəsinin tamamlanmasını müzakirə ediblər
Tarix: 16.09.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Türkiyə böyük layihələr həyata keçirir”.
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Türkiyənin müvəqqəti seçki hökumətinin xarici işlər naziri Firudin Sinirlioğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması məsələsi müzakirə edilib: “Azərbaycan və Gürcüstan tərəfində bütün işlər görülüb. Əminik ki, bu ilin sonu, gələn ilin əvvəlinə kimi Türkiyə tərəfi də işləri bitirəcək. Bu, strateji layihədir və təkcə Cənubi Qafqaz üçün deyil, orta Asiya üçün də önəmlidir. Qazaxıstanla da bu məsələləri müzakirə etmişik. Türkmənistan və Çin də bu işdə çox maraqlıdır. Dəmir yolu millətləri bir-birinə sıx bağlayır”.

E. Məmmədyarov regional məsələləri də müzakirə etdiklərini söyləyib: “Suriyamiqrantları məsələsinə də toxunduq. Bizim üçün vacib məsələdir. Azərbaycan da öz yaxın tarixində belə vəziyyətlə üzləşib. Türkiyədə 2 milyona yaxın qaçqın məskunlaşıb. Bu problem tez bir zamanda aradan qaldırılmalı və həmin insanlar öz torpaqlarına qayıtmalıdır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir. Firudin bəy o zaman BMT Təhlükəsizlik Şurasının qətnamələri üzərində çalışmış diplomatlardan biridir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info