“Azərbaycanın bir sabitlik mənbəyi olaraq oynadığı rola önəm veririk”
Tarix: 16.09.2015 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Azərbaycanda olmaqdan qürur duyuram. Dost və qardaş Azərbaycanla münasibətlərimiz müstəsna dəyərə malikdir”.
Bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan sürətli addımlarla irəliləyir: “Bu, Azərbaycan üçün olduğu kimi, Türkiyəyə üçün də sevinc və qürur mənbəyidir. Hər dəfə gördüyüm inkişafdan qürur duyuram. Türkiyə və Azərbaycan gücünü ortaq tarixi bağlardan alır. Bu iki ölkə təkcə qardaş deyil, həm də strateji ortaqdır. Tez-tez yüksək səviyyəli beynəlxalq tədbirlər çərçivəsində də görüşürük. Azərbaycan bu bölgənin sabit, güclü və hər sahədə inkişaf edən ölkəsidir. Ölkə qlobal səviyyədə əhəmiyyətini artırır. Azərbaycanın bir sabitlik mənbəyi olaraq oynadığı rola önəm veririk. Enerji və nəql sahələrində birgə layihələrimiz var. Terrorizmlə bağlı təhdidlərə qarşı da birgə mübarizə aparırıq. Əfqanıstan məsələsində olduğu kimi, beynəlxalq sülh və təhlükəsizliyə töhfə veririk”.

F. Sinirlioğlu əsas müzakirə mövzusunun Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalının davam etməsi olduğunu söyləyib: “Regional təhlükəsizlik və inkişafın qarşısında duran ən böyük problem kimi gördüyüm bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkiyə olaraq bu sahədə səylərimizi artırmaq əzmindəyik. Problemin bu şəkildə həllinin bölgədə normallaşmanın yolunu aça biləcəyi və bütün ölkələrin yararına olacağı məlumdur. Gözləntilərimiz bunun başqa ölkələr və beynəlxalq toplum tərəfindən dərk edilməsi və vaxt itirilmədən səylərin artırılmasıdır. Minsk Qrupunun səylərini izləyir və lazım olduqda onları tənqid edərək təşviq etməyə çalışırıq. Problemin dərinləşməsinə yol aça biləcək addımlardan çəkinmək lazımdır. Dağlıq Qarabağda bu yaxınlarda keçirilən qondarma “seçki” yanlış və təxribat xarakterli addımdır və bunu qınayırıq. Bu addımın nəticə verməyəcəyi aşkardır”.

F. Sinirlioğlu bəyan edib ki, Türkiyə və Azərbaycan regionda mövcud olan üçtərəfli əməkdaşlıq formatlarını davam etdirməyə sadiqdir: “Enerji və daşınma layihələrinin bölgənin inkişafı naminə davam etdirilməsində qərarlıyıq. TANAP və BTC layihələrini bu çərçivədə görürük. Noyabr ayında G20 sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevi Antalyada görməkdən qürur duyacağıq. Ölkəmizin xüsusi dəvətlisi olan Azərbaycanın hər sahədə töhfələri önəmlidir. Birinci Avropa Oyunlarında uğurları münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Noyabrın 1-də hər iki ölkədə keçiriləcək seçkilərin ölkələrimiz üçün yaxşı nəticələri olacağına əminəm”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info