İstehsalatda bədbəxt hadisələrin sayı 33,3 faiz azalıb
Tarix: 16.09.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma cari ilin avqust ayında da davam edib. Belə ki, ötən ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən istehsalatla əlaqəli 14 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır. Həmçinin qeyd olunan hadisələr nəticəsində xəsarət alanların 7,1 faiz azalıb.
Ümumilikdə cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Bu ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında isə 38,3 faiz azalma qeydə alınıb. İstehsalat qəzalarının sayının azalması DƏMX-in ölkədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini mütəmadi olaraq gücləndirməsinin, habelə əməyin təhlükəsizliyi ilə bağlı işəgötürənlər arasında apardığı ardıcıl maarifləndirmə işlərinin müsbət nəticəsidir.
Bu istiqamətdə tədbirlərin davamı olaraq Xidmət tərəfindən cari ilin sentyabr ayı ölkədə “Təhlükəsiz iş aylığı” elan olunub. Aylıq çərçivəsində görülən tədbirlər iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün önləyici tədbirlərin görülməsinə, bu sahədə mövcud nöqsanların aradan qaldırılmasına, işəgötürənlərin və işçilərin bu məsələlərə diqqətinin artırılmasına yönəlib.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info