Babək prospektində yeni yol hissəsi salınıb
Tarix: 16.09.2015 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə yeni yol hissəsi salınıb. Artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək, hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə “tıxac” yaranırdı. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən atılmış məqsədyönlü addımlar ərazidə nəqliyyat sıxlığının azalmasına müsbət təsir edib.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq, ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə yeni yol hissəsi də daxil olmaqla ərazinin 4800 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqon metr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq, asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kvadrat metr sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən ərazidə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həm piyadaların, həm də avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub.
Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info