Ronaldo Çempionlar Liqasında 80 qol vurub
Tarix: 16.09.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Madridin “Real” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo turnirdə vurulmuş qolların sayına görə Çempionlar Liqası rekordunu təzələyib.
O, Avropa kubokunun qrup raundunun birinci turunda klubun öz meydanında Donetskin “Şaxtyor” komandasına qarşı keçirdiyi matçda het-trik rəsmiləşdirib. 4:0 hesabı ilə başa çatmış bu matçda Ronaldo 55-ci, 63-cü və 81-ci dəqiqələrdə fərqlənib. Beləliklə 30 yaşlı Kriştianu Çempionlar Liqasında 115 matçda 80 qol vurub və liqanının ən yaxşı snayperləri arasında birinci yerə çıxıb. Ronaldonun əsas rəqibi “Barselona”nın hücumçusu Lionel Messinin aktivində 97 oyunda vurulmuş 77 qol var. Çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsinin start matçında Messi Ronaldoya çatmaq şansına malikdir. Bu gün kataloniyalılar səfərdə “Roma” ilə qarşılaşacaqlar. Bir məqamı qeyd etməmək olmaz ki, son iki matçda Kriştuanu Ronaldo düz səkkiz qol vurub. Xatırladaq ki, İspaniya çempionatının sonuncu matçında “Espanyol” komandası ilə görüşdə (6:0) Ronaldo penta -trikə nail olub. Ronaldo Primerada 230 qol, reytinqin lideri Lionel Messi isə 286 qol vurub.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info