“Qəbələ” yeni sponsorla anlaşdı
Tarix: 16.09.2015 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Qəbələ” İdman Klubu ilə “Qafqaz” otellər qrupu arasında imzalanan müqaviləyə əsasən, “Qəbələ” İK-nın bütün futbol komandaları 2015-2016-cı illər mövsümündə üzərində “Qafqaz Hotels and Resorts” reklamı əks olunan formalar geyinəcək.
“Qafqaz Hotels and Resorts” reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində və oyunsonrası mətbuat konfranslarında arxa fon lövhəsində də yerləşdiriləcək. Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birlərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər. Şirkət rəsmisi Elgün Məmmədov əməkdaşlıqla bağlı bu fikirləri səsləndirib: “Qəbələ” İK isə bu mövsüm ölkəmizi beynəlxalq arenada layiqli təmsil edir. Ona görə də, iki qurumun əməkdaşlığının Azərbaycanın tanıdılmasında və təbliğatında önəmli bir yer tutacağı şübhəsizdir. Müqavilə müddətinin bir il olmasına baxmayaraq, əməkdaşlığın daha uzun müddəti əhatə edəcəyini düşünürəm”. “Qəbələ” İdman Klubunun departament rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirib: “QafqaZ Hotels & Resorts” kimi ölkəmizin önəmli brendlərindən biri ilə əməkdaşlıq etmək klubumuz üçün çox mühüm hadisədir. Çünki əsas məqsədimiz futbol sahəsində ölkəmizin bir nömrəli markası olmaqdır. Bu hədəfə daim birincilərlə çalışaraq çata biləcəyimizin fərqindəyik”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik
23.09.2018
Bakı arenasında özümü çox rahat hiss edirəm
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info