“Azərbaycanı tənqid etmədiyim üçün məni ATƏT-dən kənarlaşdırdılar“
Tarix: 16.09.2015 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


"İnsan haqları ilə bağlı məsələlərdə Azərbaycanı tənqid etmədiyim üçün məni ATƏT-in Bakı ofisindəki fəaliyyətimdən kənarlaşdırdılar". Bunu “Trend”ə verdiyi açıqlamasında 2005-ci ildən 2009-cu ilə kimi ATƏT-in Bakı ofisinin İşgəncələr və saxlanma yerləri üzrə beynəlxalq eksperti olmuş Elçin Behbudov bildirib.
E.Behbudov ATƏT kimi bütün dünyada tanınan və fəaliyyət göstərən beynəlxalq bir təşkilatın insan haqları sahəsində bu cür məqsədli və qərəzli bir mövqe tutmasına çox təəssüf etdiyini bildirib: "ATƏT, eyni zamanda, Avropanın digər nüfuzlu beynəlxalq təşkilatları bütün dünyaya demokratiyadan dərs keçməyə çalışırlar. Əslində isə onlar ancaq öz maraqları çərçivəsində sifarişli və təəssüflər olsun ki, ikili standartlarla fəaliyyət göstərirlər. Uzun zaman idi ki, əməkdaşlıq etdiyim ATƏT-lə bağlı bu məsələ haqqında danışmırdım. Amma Avropa Parlamentinin Azərbaycanla bağlı bu günlərdə qəbul etdiyi son qətnaməsində olan açıq-aşkar qərəzi gördükdən sonra artıq susmamaq qərarına gəldim. ATƏT-in Bakı ofisinin Qanunun Aliliyi şöbəsinin rəhbəri olmuş İspaniyadan olan xanım Monika Martines 2009-cu ildə mənə bildirmişdi ki, Azərbaycanla bağlı tənqidi çıxışlar edim, hesabatlar hazırlayım, DİN və MTN-lə bağlı tənqidi fikirlər söyləyim. Mən də bildirmişdim ki, aşkar etdiyimiz hüquq pozuntuları olduqda biz daima mövqeyimizi açıqlayırıq. Təbii ki, mən onların dediklərini etmədim. Nəticə isə o oldu ki, müstəqil mövqeyimlə razılaşmadıqlarına görə, 2009-cu ildə məni ATƏT-in Ekspertlər Şurasından uzaqlaşdırdılar".
Beynəlxalq təşkilatların mövqeyindəki məqsədli qərəzi xüsusi qeyd edən hüquq müdafiəçisi sonra qeyd edib ki, bütün bunlar acı təəssüf doğurur: "Bir beynəlxalq ekspert və hüquq müdafiəçisi olaraq Avropa Parlamentinin Azərbaycanla bağlı məhz insan haqları sahəsində sərgilədiyi mövqe ciddi narahatlıq doğurur. Çünki Avropa qurumları artıq insan haqları "pərdəsi" altında bir çox ölkələrə qarşı açıq-aşkar siyasi diktə yeritməyə çalışırlar. Bu isə gerçək anlamda demokratiyanın təməl prinsiplərinə, fundamental insan hüquq və azadlıqlarının qorunmasına ciddi zərbə vurur. Biz bu gün xəbərdarlıq etmədən bütün qapalı müəssisələrdə monitorinqlər aparırıq. Açıq danışaq, 10 il əvvəl biz bunu bugünkü kimi edə bilirdikmi?"
E.Behbudov bildirib ki, bu gün Avropa təşkilatlarından Azərbaycana qarşı səsləndirilən "ittihamlar" müstəqil Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq niyyətindən başqa bir şey deyil: "Ermənistanda, eləcə də, dünyaya demokratiya dərsi keçməyə çalışan Almaniyada insanlara qarşı görünməyən vəhşiliklər edilir. Ermənistanda keçirilən etiraz aksiyalarında polislər qadınları belə döyürlər. Almaniyada, eləcə də digər Avropa ölkələrində isə miqrantlara münasibətdə insanların hüquqları kobud şəkildə pozulur. Amma Avropanın məhz insan haqlarını müdafiə edən beynəlxalq təşkilatları isə bütün bunlara göz yumur və susurlar".
Ölkədə sabitliyin, əmin-amanlığın olduğunu qeyd edən E.Behbudov onu da qeyd edib ki, Avropa Azərbaycanda ərəb ölkələrində etdiklərini etmək istəyir: "Ancaq bu, mümkün deyil. Azərbaycan müstəqil bir dövlətdir. Prezident İlham Əliyevin yürütdüyü müstəqil uğurlu siyasət Avropanı çox qıcıqlandırır, narahat edir. Məhkəmələrdə çıxarılan hökmlərlə bağlı Azərbaycana qarşı iddialar irəli sürən Avropa qurumları unudurlar ki, məhkəmələr müstəqildir və onların qərarlarına təzyiq göstərmək yolverilməzdir".
O sonda bildirib ki, BMT başda olmaqla bütün beynəlxalq təşkilatlara hazırda Ermənistanda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı göndərilən müraciətlərə bu günə kimi bir dəfə də olsun cavab verilməyib: "Budur bu təşkilatların insan haqlarına olan "ədalətli" münasibəti və demokratiya görüntüsü".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info