Naxçıvan Muxtar Respublikasında meyvəçilik
Tarix: 16.09.2015 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


Muxtar respublikada davamlı xarakter alan inkişaf və tərəqqi regionda hər bir sahənin inkişafını sürətləndirib. Bu sahələr içərisində kənd təsərrüfatı aparıcı mövqeyə malikdir. Kənd təsərrüfatının iqtisadi səmərəliliyinin yüksəldilməsində üzümçülük, meyvəçilik və tərəvəzçilik mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il fevralın 14-də imzaladığı Sərəncam ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin artan tələbatına uyğun olaraq, meyvəçiliyin və tərəvəzçiliyin davamlı inkişafı üçün qəbul olunmuş mühüm dövlət sənədidir. Proqramda muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq, 2015-ci ildə ümumi meyvə istehsalını 45 min tona çatdırmaq bir vəzifə olaraq qarşıya qoyulub. Bu məqsədə nail olmaq üçün intensiv texnologiyaya əsaslanan yüksək keyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, unudulmuş aborigen sortların bərpası, tərəvəz əkini sahələrinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, meyvə və tərəvəzçiliyin genişləndirilməsi zamanı müasir texnologiyanın tətbiqi, əkin sahələrinin gübrələrlə, xəstəlik və ziyanvericilərə qarşı mübarizəsi üçün kimyəvi preparatlarla dolğun təmin edilməsi də əsas istiqamətlərdən biridir. Proqramda mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz giləmeyvə, meyvə və tərəvəz məhsulları ilə təmin edilməsi üçün anbar şəbəkələrinin, saxlama və soyuducu kameralarının yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının idxalının tədricən azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Dövlət proqramının uğurla həyata keçirilməsi son illər muxtar respublikada kənd təsərrüfatı sahəsində çox böyük uğurların əldə edilməsinə şərait yaradıb. Toxumçuluğun inkişaf etdirilməsi aqrar sektorun qarşısında duran vacib məsələlərdən biri olub. Məhsuldarlığın artırılmasında yüksək reproduksiyalı toxum təminatının böyük əhəmiyyəti nəzərə alınaraq, toxumçuluq təsərrüfatlarının müasir tələblər səviyyəsində inkişafı daim dəstəklənir. Bu istiqamətdə Naxçıvan şəhərində ümumi tutumu 30 min ton olan “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün yeni kompleksin inşası davam etdirilir.
Proqramda xarici ölkələrdən daha məhsuldar meyvə tinglərinin gətirilməsi, yerlərdə yeni tingçilik təsərrüfatlarının, yüksək reproduksiyalı və məhsuldar toxumları əldə etmək məqsədilə təchizat bazarlarının yaradılması istiqamətində əməli işlər aparılması nəzərdə tutulub. Bu istiqamətdə 2012-2014-cü illər ərzində muxtar respublika üzrə 587,4 hektar ərazidə 541063 meyvə tingi əkilib.

Aqrar sektorda son illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının dinamik inkişafına imkan yaratmaqla, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olub. Dövlət proqramına uyğun olaraq, muxtar respublikada yeni meyvə bağları salınıb. Bar verən bağlardan 24 min 328 ton məhsul yığılıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.
Meyvəçiliyin və tərəvəzçiliyin iqtisadi əhəmiyyəti onun yüksək gəlirli təsərrüfat sahəsi olması ilə müəyyənləşdirilir. Dövlət proqramına əsasən, muxtar respublikada orta dağlıq və dağlıq, xüsusilə səhralaşmaya meyilli ərazilərdə qoz, badam, ərik, alma və armud kimi meyvə sortlarından ibarət yeni meyvə bağlarının salınmasının planlaşdırılması kəndlərdə əhalinin məşğulluğunun yüksəldilməsinə səbəb olub. Belə ki, meyvə bağları salan sahibkarlara güzəştli kreditlər verilir, yaranan çətinliklərin aradan qaldırılmasına əməli kömək göstərilir. Bu qayğının nəticəsidir ki, ötən dövr ərzində 7-si üzümçülük olmaqla, ümumilikdə, 59 bağçılıq təsərrüfatının yaradılmasına 1 milyon 297 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.
Toplanmış məhsulun satış bazarlarına yüksək keyfiyyətlə çatdırılması, bütün mövsümlərdə bazarların meyvə məhsulları ilə təmin edilməsi üçün saxlama və soyuducu anbarların yaradılması mühüm mərhələni təşkil edir. Son illər ümumi tutumu 12 min 610 ton olan 21 soyuducu anbarın tikilib istifadəyə verilməsinin kənd təsərrüfatı məhsullarının saxlanılmasında müstəsna əhəmiyyəti olub.

Əhalinin tələbatının kеyfiyyətli kənd təsərrüfatı məhsulları ilə ödənilməsi məqsədilə muхtar rеspublika ərazisində fəaliyyət göstərən soyuducu anbarlara 2015-ci il iyulun 1-dən bu günədək 650 tоndan çox mеyvə-tərəvəz məhsulları toplanıb.
Muхtаr rеspublikа əhаlisinin qış mövsümündə kеyfiyyətli tərəvəz məhsullаrı ilə təmin оlunmаsındа istiхаnа kоmplеksləri də mühüm əhəmiyyət kəsb еdir. Qış aylarında tərəvəz məhsullarına olan tələbatın ödənilməsi üçün müasir istixana komplekslərinin qurulması və mövcud sahələrin genişləndirilməsi istiqamətində sahibkarlarla iş aparılıb, 2012-ci ildən ötən dövr ərzində 4-ü limonçuluq olmaqla, ümumilikdə, 13 istixana kompleksinin qurulmasına 3 milyon 936 min 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Artıq muxtar respublikada fəaliyyət göstərən istixana komplekslərinin ümumi sahəsi 100 min kvadratmetri ötüb.
Muxtar respublikada meyvə-tərəvəz konserv məhsullarının keyfiyyətinin dünya standartlarına çatdırılması istiqamətində müvafiq işlərin həyata keçirilməsi müəyyənləşdirilib. Bu məqsədlə meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi sahəsində araşdırmalar aparılıb, istehsal gücü saatda 1 ton xammal olan konservləşdirilmiş qarğıdalı (Türkiyə), istehsal gücü saatda 1 ton xammal olan limon suyu (Çin), istehsal gücü gündə 500 litr olan kompot (Rusiya), istehsal gücü gündə 500 kiloqram olan üzüm və tut doşabı (Türkiyə), istehsal gücü saatda 500 ədəd tara olan göbələk konservi (Rusiya) istehsalı sahəsi üzrə hazırlanmış layihələrin sahibkarlara təqdimatı keçirilib. AZƏRTAC

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada aqrar sektorun müasir tələblər səviyyəsində dinamik inkişafını təmin etməklə, əhalinin meyvə-tərəvəz məhsulları ilə daha yaxşı təchiz olunmasına, nəticədə, kəndlərdə yaşayan əhalinin maddi-rifah halının daha da yüksəldilməsinə müsbət təsir göstərib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info