“Biz gənclərimizin təsir altına düşməsinin qarşısını almalıyıq”
Tarix: 16.09.2015 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Məhərrəm Zülfüqarlı: “Qərb mərkəzləri tərəfindən müdaxilələrin qarşısını almaq üçün şagirdlərə, gənclərimizə əsl vətəndaşlıq mövqeyi aşılamalıyıq”

Azərbaycan dünyada inkişafla bağlı öz modelini ortaya qoyub və bu modelin əsasında bizim müstəqilliyimiz, milli dəyərlərimiz, vətənpərvərliyimiz və müstəqil siyasətimiz dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o ölkələr sürətlə inkişaf edir ki, orada insanlar biliklidir, savadlıdır: “Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə həyatda özləri üçün layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da öz töhfəsini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaq. Çünki biz görürük ki, bu gün dünyada bəzi hallarda ideoloji müharibələr gedir, əsasən də gənclərlə bağlı xüsusi proqramlar icra edilir. Qloballaşma adı ilə müxtəlif ölkələrdə müəyyən tədbirlər görülür. Bu gün dünyanın bir çox yerlərində gedən prosesləri gənclər də izləyir və görür. Gənclər formalaşmaqda olan insanlardır və onlara təsir etmək bəzi hallarda o qədər də çətin olmur. Ona görə, biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq”.
Ölkə başçısının da vurğuladığı kimi, əsas məsələ ondadır ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, bu, biliklə, savadla eyni əhəmiyyətə malik məsələdir: “Müəllimlər də çalışsın ki, gənclərimiz, uşaqlarımız milli ruhda tərbiyə alsınlar, Vətənə bağlı olsunlar, Vətəni sevsinlər və müstəqilliyi hər şeydən üstün bir dəyər kimi qəbul etsinlər. Vətənpərvərlik, milli ruh, milli dəyərlər - budur bizim cəmiyyətimizin əsasları”. Ölkə başçısının sözlərinə görə, bəzi xarici qüvvələr bu əsasları sarsıtmaq, bizi öz köklərimizdən ayırmaq istəyirlər: “ İndi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük, ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın”. Beləliklə, bu gün Azərbaycan müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız münasibət bəsləyən, öz fəaliyyətini tabeçilik, diktat və “böyük-kiçik” prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində quran Qərb strukturlarına inteqrasiyanın mümkünsüzlüyünü görür və bunun zərərli olduğunun fərqindədir. Vətənpərvərlik, milli ruh, milli dəyərlər bizim cəmiyyətimizin əsasları olduğunu deyən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı bildirdi ki, bu gün orta məktəblərdə xüsusilə aşağı siniflərdə şagirdlərin vətənpərvərlik hissi, dövlətə bağlılığı, milli hislərin aşılanmasında problem yoxdur: “Bu gün onlar hər gün dərsə gəldikdə himni əzbər oxuyurlar. Lakin yuxarı siniflərdə nisbətən problem var, bu sahədə daha da irəliləyişə nail olmaq üçün məktəblərin maddi-texniki bazası inkişaf etməlidir. Müəllimlərin əməkhaqqı yüksəlməlidir. Bununla yanaşı, vətənpərvərlik tərbiyəsi daha müvəffəqiyyətlə keçilməlidir. Müasir elm və texnikanın inkişaf etdiyi bir dövrdə, əgər məktəbin maddi-texniki bazası varsa, bu tərbiyəni daha yüksək səviyyədə həyata keçirə bilər”.
Bəzi qüvvələr Azərbaycanı özlərinə tabe etmək istəyirlər fikrinə gəldikdə isə M.Zülfüqarlının sözlərinə görə, özlərinin təsirləri altına salmaq üçün Avropada, Amerikada çoxlu missioner, dini təşkilatlar var: “Bu gün biz şagirdlərə yüksək təhsil verə biliriksə, onları yad təsirlərdən qoruyuruqsa, qeyd etdiyim amillər vacibdir. Onu da qeyd edim ki, bəzi qüvvələr şirnikdirici təkliflər edirlər.
Ötən əsrin sonlarında sovet rejimi dağılarkən bu, məhz Qərb mərkəzləri tərəfindən qızışdırılmışdı. Dağlıq Qarabağ problemi də millətlərarası qızışdırılma nəticəsində baş verdi. Azərbaycan tolerant ölkədir, burada yaşayan digər millətlər, müxtəlif dinə sitayiş edən xalqlar hamısı açıq fəaliyyət göstərirlər. Bu sahədə Azərbaycanda problem yoxdur. Amma kənardan bilavasitə təzyiqlər, müdaxilələr var. Bu müdaxilənin qarşısını almaq üçün şagirdlərə, gənclərimizə əsl vətəndaşlıq mövqeyi aşılamalıyıq ki, onlar bu cür təsirə düşməsinlər. Bu gün şüurlar uğrunda dünyada mübarizə gedir. Biz Azərbaycan gənclərinin o cür mərkəzlərin təsirlər altına düşməsini qarşısını almalıyıq. Burada ailə də, məktəbdə rol oynayır.
Bu istiqamətdə kampaniyaya ehtiyac yoxdur. Məqsədyönlü bir iş olmalıdır. Bu, ailədən, körpəlikdən, bağçadan, məktəbdən başlayaraq kompleks şəkildə həll olunan məsələdir. İlk olaraq ailədə milli hiss, dövlətə bağlılıq olmalıdır ki, uşaq məktəbdə daha da yüksək səviyyədə bu istiqamətdə tərbiyəni görüb inkişaf etsin”. M.Zülfüqarlı onu da bildirdi ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir: “Ancaq Qərbin müəyyən qərəzli hücumlarına biz cavab verməliyik. Onlar Azərbaycana demokratiyanın, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı yalnız müəyyən tövsiyələrlə, proqramlarla çıxış edə bilərlər. Ancaq onlar qərəzli çıxışlarla Azərbaycan dövlətini zəiflətməyə çalışırlar. Bizim o cür yanaşmalara ehtiyacımız yoxdur. Ə.Hüseynzadənin bir yaxşı sözü var, deyir ki, “Biz Avropanın mədəsində həzm olmamalıyıq, onda müsbət olan şeyləri götürməliyik”. İndi Avropa istəyir ki, bizi mədəsində həzm eləsin. Azərbaycanın sərvətlərinə sahib olsun. Ancaq qərəzli yanaşma, nəyisə almaq xatirinə kampaniya təşkil etmək, artıq aydındır. Biz də buna qarşı mübarizə aparmalıyıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info