“Rusiyadakı diasporumuz birləşməsə, heç bir təsirli fəaliyyətdən söhbət gedə bilməz”
Tarix: 16.09.2015 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Şamil Tağıyev: “Mənə etibar
olunmuş vəzifə gördüyüm işləri daha da rəsmi şəklə gətirəcək”


Xaricdəki bir çox gənclərimiz artıq diaspor fəaliyyətində özlərini təsdiq etməkdədirlər. Məhz bunun nəticəsidir ki, onlar diaspor sahəsində məsul vəzifələrə təyin olunurlar. Gənc diaspor fəalı Şamil Tağıyevə bu günlərdə Ümumrusiya Azərbaycan Konqresində (ÜAK) vəzifə verilməsi buna bariz nümunədir. İctimai fəaliyyətini elə ÜAK-ın gənclər təşkilatının tərkibində başlayan Ş.Tağıyev bundan sonra qurumun Moskva nümayəndəliyinin icraçı direktoru vəzifəsini icra edəcək. Qeyd edək ki, Ş.Tağıyev, eyni zamanda Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondunun təsisçisidir. Fond rəhbəri Rusiyada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-bədii cəmiyyəti, “Azərbaycan-Slavyan gəncləri birliyi”nin Rusiya nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT), “Əhli-Beyt” cəmiyyəti, “AmorNews” informasiya portalı, “İnterAz” televiziyası və digər Azərbaycan, eləcə də əcnəbi diaspor təşkilatları ilə yaxından əməkdaşlıq edib.
-Diaspor işində vəzifənin hər hansı önəmi varmı?
- Mən artıq 10 ildən çoxdur ki, diaspor sahəsində fəaliyyət göstərirəm. Hansısa bir işi mükəmməl görmək üçün insana vəzifə yox, həvəs və istək lazımdır. Əgər fəal bir gənc, diaspor sektorunda keyfiyyətli işlər görürsə, vəzifədən asılı olmayaraq hər bir zaman onun işləri keyfiyyəti ilə seçiləcək.
-Siz gənc diaspor fəalı olaraq çoxşaxəli fəaliyyətlə məşğulsuz. Yeni vəzifəniz digər diaspor işlərinizi həyata keçirməyə mane ola bilərmi?
-Bizim fəaliyyətimiz birtərəfli deyil. Baxmayaraq ki, bizdə əsas sektor mədəniyyət və təhsildir. Biz başqa sektorlarda da çox fəal işlər görürük. Və mənə etibar olunmuş yeni vəzifə isə gördüyüm işləri daha da təntənəli və rəsmi şəklə gətirəcək.
-Rusiyadakı diasporumuzun daha aktiv və həmrəy olması üçün nə etmək lazımdır?
-Mən dəfələrlə demişəm, Rusiyadakı diasporumuz birləşməsə, bir nöqtəyə gəlməsə, heç bir təsirli fəaliyyətdən söhbət gedə bilməz. Və Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarına yönəlmiş siyasəti də budur ki, bir olun, həmrəy olun. Bu haqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlıların qurultayında fikir səsləndirmişdi.
-ÜAK gənclərdən lazımi qədər bəhrələnə bilirmi?
-ÜAK -ın əsas tərəfdarları yaşlı və ziyalı təbəqə olduğundan, ÜAK ançaq bu təbəqənin insanlarını əhatə etməkdədir, amma gənclər üçün də çox şərait yaradılmaqdadır. Və əsası da ondadır ki, gəncliyin yönəldiyi ünvan Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Bu təşkilat tərəfindən gənclik daim diqqət mərkəzindədir.
-Yeni vəzifənizlə bağlı perspektiv planlarınız nədən ibarətdir?
-Yeni vəzifə ilə bağlı perspektivlərimiz təşkilatın aktiv bir işləyən təşkilatlar sırasına qoşulması olacaq. Azərbaycanlıların səsi artıq Dövlət Dumasından, siyasi partiyalardan, yüksək vəzifələrdən gəlməlidir. ÜAK-ın Moskva nümayəndəliyi olaraq həmyerlilərimizin Rusiya cəmiyyətinə inteqrasiyası və Rusiya Federasiyasının ictimai, siyasi və iqtisadi həyatında daha yaxından iştirak etməsi üçün yeni layihələrə start veriləcək. Bacardığımız qədər çalışmalıyıq ki, heç olmasa, regional təşkilat olaraq biz sözümüzü əhatə etdiyimiz məmləkətdə deməyə qadir olaq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info